NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Naxçıvan Biznes Mərkəzində keçirilənsahibkarlarla işgüzar tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib. Ali Məclisin Sədri bildirib ki, muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb. Hazırda muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev bu barədə danışıb. “İqtisadi sahədə qazanılan uğurlar muxtar respublikada makroiqtisadi göstəricilərin həcminin artmasına müsbət təsir göstərib”,- deyən nazir vurğulayıb ki, ötən il ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olub.
Son illərdə aparılan məqsədyönlü tədbirlər, iqtisadiyyatın bütün sahələrinin, xüsusilə sənayenin davamlı inkişafına yönəlmiş inkişaf strategiyasının düzgün seçilməsi, dövlət proqramlarının vaxtında və uğurlu icrası muxtar respublikada ümumi daxili məhsulun və onun adambaşına düşən hissəsinin ilbəil artımına səbəb olub. Sahibkarlığın inkişafı üçün yaradılan hərtərəfli şərait, maliyyə resurslarına sərbəst çıxışimkanları, bu sahədə qanunvericilik bazasının gücləndirilməsi, əlverişli investisiya və biznes mühitinin formalaşmasının nəticəsidir ki, hər il rəqabətədavamlı məhsul istehsal edən müəssisələr istifadəyə verilir, yeni iş yerləri yaradılır, ixracyönümlü məhsul istehsalı artır, ixrac bazarlarının coğrafiyası genişlənir.
“Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni istehsal xətti fəaliyyətə başlayıb.
Fevralın 27-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev deyib ki, bu gün fəaliyyəti genişləndirilən “Gəmiqaya Plastmas Kapsul və Qapaq” Məhdud Məsuliyyətli Cəmiyyəti sahibkarlığın inkişafı, istеhsаlçılаrın fəаliyyətinin stimullаşdırılmаsı, yеni iş yеrlərinin аçılmаsı istiqаmətində həyata keçirilən tədbirlərin davamlı xarakter almasının əyani ifadəsidir.
Fevralın 27-də Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə Ali Məclisin Sədri Vasif Talıbov çıxış edərək deyib: Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və özəl bölməyə qayğı ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu iqtisadi inkişaf strategiyasının əsas istiqamətidir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu yolun uğurla davam etdirilməsi Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyəti üçün geniş imkanlar açıb. Muxtar respublikada özəl bölməyə dövlət dəstəyi artırılıb, biznes subyektlərinin qeydiyyat və lisenziya sistemi sadələşdirilib, əlverişli investisiya mühiti yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 03 aprel tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən keçirilən tədbirlər davam etdirilir.
2021-ci ilin ötən dövründə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla əsaslanan, ixracyönümlü və rəqabətqabiliyyətli məhsullar istehsal edən sahələrin yaradılması istiqamətində tədbirlər davam etdirilərək iqtisаdiyyаtın bütün sаhələri üzrə dövlət mаliyyə dəstəyi və özəl investisiya hesabına 9 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 33 sahənin yaradılması davam etdirilmişdir.
Hər il olduğu kimi bu il də muxtar respublikada kartof əkinin başlanılması və əkinçilərin yüksək məhsuldarlığa malik kartof toxumları əldə edə bilmələri üçün üçün hazırlıq işləri başa çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikasının hərtərəfli inkişafında təhsilin xüsusi yeri vardır. Bütün təhsil pillələri üzrə müasir infrastrukturun yaradılması, maddi-texniki bazanın möhkəmləndirilməsi tədrisin səviyyəsini yüksəltmişdir. Eyni zamanda müasir universitet şəhərcikləri salınarkən tələbələrin təhsili ilə yanaşı, onların yaşayış şəraitinin yaxşılaşdırılması da zərurətə çevrilib, yeni yataqxanalar tikilib.
Fevralın 23-də Naxçıvan şəhərində yeni tələbə yataqxanası istifadəyə verilib.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan məhsullarının, o cümlədən Naxçıvan məhsullarının 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hər il ənənəvi təşkil olunan “Gulfood 2021” beynəlxalq qida sərgisində nümayiş həyata keçirilir.