Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib
Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2020-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Naxçıvan şəhərində yeni yaşayış kompleksinin təməli atılıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ilin ilk yarım ilinin yekunları müzakirə olunub
“Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib
2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 1milyard 310 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Naxçıvanda pandemiya ilə mübarizə sahəsində görülən işlər müzakirə olunub
Naxçıvanda yeni alış-veriş mərkəzi istifadəyə verildi
Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks istifadəyə verilib
Prezident: Tibbi maska istehsalına başlanılması Azərbaycanın bu sahədə idxaldan asılılığını aradan qaldıracaq
 
 
 
 
    

Naxçıvan şəhərində yeni istehsal müəssisələri yaradılıb

Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın əsas qolu olan sənayenin inkişafı diqqət mərkəzindədir. Həyata keçirilən tədbirlər və mövcud şərait bu sahə üzrə sahibkarlığın inkişafına, iri sənaye komplekslərinin və istehsal sahələrinin yaranmasına imkan verir. Bütün bunlar isə daxili tələbatın yerli istehsal hesabına ödənilməsinə və ixrac potensialının artmasına şərait yaradır.

Ardını oxu...

Gülüstan kəndindəki quşçuluq təsərrüfatı daxili bazarı keyfiyyətli məhsullarla təmin edir

Naxçıvan Muxtar Respublikasının iqtisadi inkişafında çoxşaxəliliyin təmin olunması diqqət mərkəzində saxlanılır, yeni istehsal sahələri yaradılır, əhalinin məşğulluğu təmin edilir. Muxtar diyarımız kənd təsərrüfatı regionu olduğundan burada aqrar bölmənin müxtəlif sahələri inkişaf etdirilir. Xüsusilə heyvandarlığın inkişafı son illərdə muxtar respublikanın daxili tələbatının ödənilməsinə öz töhfəsini verir.

Ardını oxu...

“ASAN xidmət” binasının tikintisi sürətlə davam edir

Muxtar respublikamızda həyata keçirilən tikinti-quruculuq işləri şəhərimizin simasını dəyişməklə yanaşı, həm də əhalinin rahatlığına xidmət edir. Bu istiqamətdə icra olunan layihələrdən biri də Naxçıvan şəhərində ötən ilin aprel ayından tikintisinə başlanılan “ASAN xidmət” mərkəzinin binasıdır. Zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada beton-qəlib işləri başa çatdırılıb, zirzəmi hissəsində hörgü işləri yekunlaşdırılıb.

Ardını oxu...

Muxtar respublikanın hərtərəfli iqtisadi inkişafında sənayenin də mühüm rolu var

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası hər bir sahənin inkişafı üçün konkret hədəf və məqsədlərin, onlara nail olunma yollarının dəqiq müəyyən edilməsini şərtləndirir. Bu strategiyanın əsas hədəfi olan vətəndaşların həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsi məqsədilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabət qabiliyyətinin artırılması, sahibkarlığın inkişaf etdirilməsi, müasir müəssisələrin açılması, yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi və digər istiqamətlər üzrə sistemli tədbirlər həyata keçirilmişdir. 

Ardını oxu...

Hamiliyə verilmiş tələbələrlə növbəti görüş keçirilib

14 aprel 2021-ci ildə “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə bağlı Tədbirlər Planına əsasən 2020-2021-ci tədris ili üçün İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış və ali təhsil müəssisələri ilə qarşılıqlı təsdiq olunmuş tədris planına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat Nazirliyinə hamiliyə verilmiş “Menecment” ixtisasında təhsil alan tələbələrilə növbəti görüş keçirilib. Görüşün əsas məqsədi iqtisadiyyat sahəsinin gələcək kadrlarına muxtar respublikanın sosial-iqtisadi inkişafı, sahibkarlığın, xüsusilə kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə dövlət dəstəyi tədbirləri haqqında ətraflı məlumat vermək olub.

Ardını oxu...

Azərbaycan və Türkiyənin iş adamları arasında əməkdaşlıq müzakirə olunacaq

20 aprel 2021-ci ildə "Azərbaycan-Türkiyə iş adamları forumu: mövcud vəziyyət və perspektivlər" mövzusunda onlayn tədbir keçiriləcək.  Forumda Azərbaycan və Türkiyənin mikro, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlıq və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə ediləcək.Onlayn foruma qatılacaq yerli sahibkarlar biznes əlaqələrini genişləndirmək, Türkiyənin biznes təcrübəsini öyrənmək, bu bazara çıxış imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.

Ardını oxu...

Naxçıvan Avtomobil Zavodunun məhsullarına maraq artır

Muxtar respublikamızda son illər artan istehsal müəssisələri sırasında maşınqayırma sənayesi ilə məşğul olan Naxçıvan Avtomobil Zavodu əhəmiyyətli yerlərdən birini tutur. Burada Almaniya, Belçika və İtaliyadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. İstehsal üçün zəruri şərait yaradılıb, müəssisəyə təcrübəli mütəxəssislər cəlb olunub. Həm mexaniki, həm də sürət qutusu ilə işləyən müxtəlif avtomobillər istehsal edilən zavodun baş mühəndisi Rəhim İsmayılovla  söhbət zamanı öyrəndik ki, müəssisənin Naxçıvan və Bakı şəhərində satış mərkəzləri, texniki xidmət şöbələri və avtomobillərin ehtiyat hissələrinin satış mağazaları, həmçinin Şərur və Culfa rayonlarında servis mərkəzləri fəaliyyət göstərir. 

Ardını oxu...

Ailə təsərrüfatçılarına güzəştli kreditlər verilib

Muxtar respublikanın sosial-iqtisadi və mədəni inkişafına mühüm töhfə verən  Babək rayonu bu gün müstəqilliyin təntənəsini yaşayır. Son illər rayonda aparılan geniş abadlıq-quruculuq işləri, müdafiə, ərzaq və enerji təhlükəsizliyi sahəsində görülən işlər, kənd təsərrüfatının dinamik inkişafına hesablanmış islahatlar, məşğulluq məsələlərinin həlli şəhər, qəsəbə və kəndlərin başdan-başa yenilənməsinə, məskunlaşmanın artmasına, əhalinin rifah halının yaxşılaşmasına, məhsul bolluğuna, idxaldan asılılığın aradan qaldırılmasına ciddi təsir göstərib.

Ardını oxu...

Tələbələr “Cahan Pen” MMC-də istehsal prosesi ilə tanış olublar

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 03 aprel 2019-cu il tarixli Sərəncamı tələbələrin gələcəkdə müvafiq sahələrdə peşəkar kadr kimi yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələrinə öz tövhəsini verir. Sərəncamın icrası ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq olunan Tədbirlər Planına əsasən növbəti 2020-2021-ci tədris ili üçün ali təhsil müəssisələri ilə razılaşdırılmış tədris planı hazırlanıb, mütəmadi olaraq hamiliyə götürülmüş tələbələrlə startap layihələrinin hazırlanması, təqdimatı, eləcə də muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən mövzularda bir sıra görüşlər keçirilib.

Ardını oxu...

 
170432
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
496
565
1061
8832
170432

18.05.2021
USD/AZN 1.7000
EUR/AZN 2.0681
RUB/AZN 0.0231
TRY/AZN 0.2042