“Startap” pasportunun verilməsi Qaydaları” təsdiq olunub.
Nazirlər Kabineti “İnnovativ layihələrin ictimaiyyət üçün açıq reyestrinin aparılması və “Startap” pasportunun verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərar qəbul edib.
“Startapın müəyyən olunması meyarları” təsdiq olunub.
Nazirlər Kabineti “Startapın müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə” Qərər qəbul edib.
İqtisadi inkişafda sənayenin həlledici rolu danılmazdır. Bu, Azərbaycanda həyata keçirilən iqtisadi siyasətdə də daim xüsusi diqqət yetirilən əsas məqamlardandır. Təsadüfi deyil ki, ölkəmizdə sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətinin əsas istiqamətlərindəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 28-də “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Yanvarın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Agentlik yanında İctimai Şuranın təşkilatçılığı və Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyasının tərəfdaşlığı ilə “Qida sənayesi və ictimai iaşə sektoru: mövcud vəziyyət və perspektivlər” mövzusunda forum keçirilib.
Muxtar respublikada çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və sosial sahənin inkişafı istiqamətində həyata keçirilən tədbirlər 2020-ci ildə də davam etdirilmişdir.
Bu gün ölkəmizdə eləcə də, onun ayrılmaz hissəsi olan muxtar respublikamızda iqtisadiyyatın şaxələndirilməsi, dünya bazarına daha çox növ və çeşiddə məhsulların çıxarılması, milli brendlərin yaradılması, milli iqtisadiyyatın dünya iqtisadiyyatına inteqrasiyası mühüm istiqamət kimi qarşıya qoyulmuşdur. Sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, prioritet sənaye sahələrinin müəyyən olunması, ixracyönümlü yerli məhsulların həcminin artırılması son illərdə aparılan iqtisadi islahatların əsas tərkib hissəsini təşkil edir.
Yanvarın 27-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə onlayn formatda Azərbaycan-Özbəkistan biznes forumu keçirilib. Biznes Forumunun keçirilməsində əsas məqsəd ölkələr arasında iqtisadi əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, hər iki ölkənin ixrac və investisiya potensialı, biznes təşəbbüslərinin stimullaşdırılması, eləcə də biznes və investisiya mühitinin yaxşılaşdırılması olub.
Bu gün muxtar respublikanın ərzaq təhlükəsizliyinin təminatında, əhalinin meyvə tərəvəz və konservləşdirilmiş məhsullarla təmin olunmasında aqrar sahədə aparıcı mövqeyə malik ailə təsərrüfatlarının xüsusi rolu var.
Alman dilindən tərcümədə “hər il keçirilən bazar” mənasını verən yarmarkalar müasir dövrdə pərakəndə ticarətin mühüm satış formalarından biridir. Bazar infrastrukturunda mühüm yer tutan yarmarkaları digərlərindən fərqləndirən əsas cəhətlərdən biri onların müəyyən dövrdən bir – həftədə bir və ya ildə bir neçə dəfə keçirilməsidir. Yarmarkaların mahiyyətinə görə fərqli cəhətlərindən biri də alqı-satqı əməliyyatlarında yalnız iki tərəfin – məhsul sahibinin və istehlakçının olmasıdır.