Naxçıvanda sahibkarlarla işgüzar tədbir keçirilib
Ağbulaq Xizək Mərkəzi istifadəyə verilib
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2020-ci ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub
Naxçıvan şəhərində yeni yaşayış kompleksinin təməli atılıb
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn vəzifələr və 2020-ci ilin ilk yarım ilinin yekunları müzakirə olunub
“Badamlı” Mineral Sular Zavodu istifadəyə verilib
2020-ci ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında 1milyard 310 milyon manatdan çox ümumi daxili məhsul istehsal olunmuşdur.
Naxçıvanda pandemiya ilə mübarizə sahəsində görülən işlər müzakirə olunub
Naxçıvanda yeni alış-veriş mərkəzi istifadəyə verildi
Naxçıvan şəhərində “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün yeni kompleks istifadəyə verilib
Prezident: Tibbi maska istehsalına başlanılması Azərbaycanın bu sahədə idxaldan asılılığını aradan qaldıracaq
 
 
 
 
    

Naxçıvan Biznes Mərkəzində “Rəqəmsal ödənişlər dövrün tələbidir” mövzusunda görüş keçirilib

  Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin təşkilatçılığı və sahibkarların iştirakı ilə nağdsız ödəniş əməliyyatlarının həcminin artırılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi mövzusunda tədbir keçirilib.

Ardını oxu...

Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb

   Noyabrın 14-də Litva Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində  Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb. Səfirə məlumat verilib ki, mərkəzin sərgi salonunda 96 müəssisənin 192 növdə və 1258 çeşiddə məhsulu, 120 ailə təsərrüfatında istehsal edilən məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.

Ardını oxu...

Tikinti məhsullarına olan tələbat yerli istehsal hesabına ödənilir

   Muxtar respublikamızda dövlət tikintisinin həyata keçirilməsi, əhali tərəfindən yeni evlərin tikilməsi, eləcə də istehsal və xidmət sahələrinin yaradılması dam örtüklərinə və istilik panellərinə olan tələbatı daha da artırır. “Cahan Sənaye Kompleksi” MMC-də istilik panelləri və dam örtükləri istehsalı müəssisəsi daxili tələbatın keyfiyyətli məhsullarla tam ödənilməsinə imkan verir.

Ardını oxu...

2019-2020-ci tədris ilinin payız semestrinin istehsalat təcrübəsinə başlanılıb

   “Naxçıvan” Universitetinin 2019-2020-ci tədris ilinin payız semestrinin istehsalat təcrübəsinə start verilib. 93 nəfər IV kurs  tələbəsi istehsalat təcrübəsində iştirak edəcək. Onlar  Naxçıvan Muxtar Respublikasının Maliyyə, İqtisadiyyat nazirlikləri,  Turizm Departamenti,  Mərkəzi Bank,  Dövlət Miqrasiya Xidmətində 7 həftəlik təcrübədə olacaqlar.

Ardını oxu...

Şərur rayonunun Yeni Havuş və Xətai kəndlərində yeni xidmət mərkəzi istifadəyə verilib

      Noyabrın 8-də Şərur rayonununYeni Havuş və Xətai kəndlərində yeni xidmət mərkəzi istifadəyə verilib. Mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, dərzi və iki anbar vardır. Mağazada əsasən yerli sənaye və ərzaq məhsulları, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş  məhsullar da satışa çıxarılmışdır. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

   Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2 250 000 (iki milyon iki yüz əlli min) manat ayrılsın.

Ardını oxu...

Ərzaq məhsullarının təhlükəsizliyinə və keyfiyyətinə daim nəzarət edilir

   Cari ilin oktyabr ayı ərzində  “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 38 mal çeşidini əhatə edən 70 halda səyyari, 211 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir. Aparılmış laboratoriya təhlilləri 137 yerli istehsal və 74 idxal məhsullarını əhatə etmişdir.

Ardını oxu...

Cari ilin oktyabr ayında dövlət maliyyə dəstəyi hesabına 46 yeni iş yeri yaradılmışdır

    Cari ilin oktyabr ayı ərzində18 istehsal sahəsinin yaradılması başa çatdırılmış, mineral su istehsalı, qaynaq çubuğu, plastik səbət, xalça toxuma, yun və boyaq bitkilərinin tədarükü, süd emalı, heyvandarlıq, quşçuluq, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 49 sahənin yaradılması davam etdirilmişdir.

Ardını oxu...

 
152828
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
125
477
602
4728
152828

01.03.2021
USD/AZN 1.7000
EUR/AZN 2.0214
RUB/AZN 0.0219
TRY/AZN 0.2079