Sentyabrın 24-də Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyevlə görüşüb.
Babək "Sirab" ASC-nin nümayəndəsi sentyabrın 24-27-də Rusiyanın paytaxtında keçirilən Moskva Beynəlxalq Qida Sərgisində (“World Food Moscow”) iştirak edir. Sərgidə Azərbaycan qida sənayesi məhsulları, şərab və digər spirtli içkilər istehsalı ilə məşğul olan 33 yerli şirkətlə təmsil olunur.
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin benefisiarı olduğu “Gəncə-Qazax iqtisadi rayonunda yerli və regional inkişafa dəstək” texniki yardım layihəsi çərçivəsində Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) təşkilatçılığı ilə 15-21 sentyabr 2019-cu il tarixlərində Almaniya Federativ Respublikasında keçirilmiş təlimdə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı Səfərəli Səfərli iştirak etmişdir.
İstehlakçıların hüquqlarının müdafiəsi hər zaman dövlətin prioritet istiqamətlərindən biri olmuşdur və son illər bu sahədə əhəmiyyətli işlər gürülməkdədir. İstehlakçıların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının qorunmasında dövlət tərəfindən həyata keçirilən tədbirlərlə yanaşı ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən sahibkarların da üzərinə böyük vəzifələr düşür.
Muxtar respublikada xаrici iqtisаdi əlаqələrin gеnişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul еdilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi istеhsаl оlunаn məhsullаrın ixrac imkanlarının artmаsına, iqtisadi əlaqələrimizin daha da genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaratmışdır.
"Regionun inkişafı və dövlət proqramları" sektoru tərəfindən 2019-cu ilin yanvar-avqust ayları ərzində sənaye sahəsi (meyvəqurutma sahələri və narşərab istehsalı) üzrə 4, kənd təsərrüfatı sahəsi (qızılgül əkini, nar bağının salınması, noxud və mərcimək əkini, damazlıq arı yetişdirilməsi) üzrə 5 layihə olmaqla ümumilikdə sahibkarlara köməklik məqsədilə 9 layihə təklifi hazırlanmışdır.
Əhаlinin ucuz və kеyfiyyətli məhsullаrа olan tələbаtının ödənilməsi, sağlam rəqabət mühitinin yaradılması, istеhsаlçılаrın öz məhsullаrını birbаşа istеhlаkçılаrа çаtdırmаsı məqsədilə Nаxçıvаn şəhəri Xətаi küçəsində yеrləşən Mərkəzi bаzаrda hər həftənin şənbə və bazar günləri mütəmadi olaraq kənd təsərrüfatı yarmarkaları təşkil оlunur.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2016-cı il 5 oktyabr tarixində yerli qeyri-neft məhsullarının “Made in Azerbaijan” adı altında xarici bazarlarda genişmiqyaslı təbliğini nəzərdə tutan Fərman imzaladı. Bu Fərman “Made in Azerbaijan” brendinin ölkə xaricində tanıdılması və ixracın stimullaşdırılması məqsədilə 10 fərqli mexanizmi – dəstək tədbirini əhatə edir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində 2019-2020-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar kollegiya iclası keçirilib. İclası nazir Tapdıq Əliyev açaraq məruzə ilə çıxış edib.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılaraq xalqımızın və dövlətimizin taleyində mühüm rol oynayan "Əsrin müqaviləsi"nin imzalanmasından 25 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə dünyanın 11 aparıcı neft şirkəti arasında “Azəri”,” Çıraq” və ”Günəşli” yataqlarının birgə işlənilməsi və hasilatın pay bölgüsü ilə bağlı “Əsrin müqaviləsi” imzalandı. Bunun ardınca sonrakı illərdə dünyanın 19 ölkəsini təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalanmışdır.