Bu günlərdə Bakı Biznes Mərkəzində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-İran biznes-forumu keçirilib. Tədbirdə hər iki tərəfdən turizm, sənaye, əczaçılıq, tikinti, ticarət, tekstil, maliyyə və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox sahibkar iştirak edib.
Müasir dövrdə iqtisadi, sosial və mədəni sahədəki nailiyyətləri ilə diqqətləri özünə cəlb edən Naxçıvan Muxtar Respublikası innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişaf modeli qurmaq yolunda mühüm irəliləyişlər əldə edib. Dinamik və dayanıqlı inkişafa nail olmaq üçün muxtar respublikada həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən biri olan investisiya qoyuluşları sahəsində əldə edilən uğurlar isə daha qabarıq olub.
Muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər görülür. Qəbul olunan dövlət pro-qramlarının icrası, güzəştli şərtlərlə kreditlərin verilməsi, aqrar sahədə müasir infrastrukturun yaradılması kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə də əkinçiliyin inkişafına əlverişli şərait yaratmış, bol məhsul istehsalına və daxili bazarın tələbatının ödənilməsinə səbəb olmuşdur.
Muxtar respublikamızda iqtisadi inkişafa mühüm töhfə verən ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Hazırda muxtar respublikamızda heyvandarlıq, quşçuluq, arıçılıq, bağçılıq və əkinçilik sahələri üzrə 800-dən çox ailə təsərrüfatı fəaliyyət göstərir. 2019-cu il muxtar respublikamızda “Ailə təsərrüfatları ili” elan edilib.
Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Yaponiyanın Obihiro şəhərində “Kənd təsərrüfatı siyasəti” mövzusunda təlim-seminar keçirilib. Seminara Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin baş məsləhətçisi İlqar Quluzadə Azərbaycan nümayəndə heyətinin tərkibində seminarda iştirak edib.
Yanvarın 18-də Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə” sərgisi və kənd təsərrüfatı nazirlərinin 10-cu Qlobal Ərzaq və Kənd Təsərrüfatı Forumu keçirilib. Dünyanın ən mötəbər beynəlxalq sərgilərindən biri olan və illik əsasda keçirilən “Beynəlxalq Yaşıl Həftə” sərgisində Azərbaycan ayrıca stendlə təmsil olunur.
Muxtar respublikamızda bütün sahələrdə olduğu kimi, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Ona görə də sahibkarlığın inkişafına geniş meydan verilməsi və bu sahəyə dövlət yardımının ilbəil artırılması böyük əhəmiyyətə malikdir.
Ölkə iqtisadiyyatında özünəməxsus yeri olan Naxçıvan Muxtar Respublikası bütün sahələrdə sistemli şəkildə həyata keçirilən islahatlarla dinamik inkişaf dövrünü yaşayır. Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan Dövlət proqramlarının uğurla həyata keçirilməsidir.
Hər il ənənəvi olaraq Almaniyanın Berlin şəhərində keçirilən “Beynəlxalq yaşıl həftə” satış sərgisində nümayiş olunan ekoloji təmiz Naxçıvan məhsullarına dünyanın hər yerində maraq yaranmaqdadır. Bu yaxınlarda YouTube video hostinqində “Berlin Travel” adlı istifadəçi tərəfindən yarım milyona yaxın insanın ziyarət etdiyi bu sərgidə təklif olunan Naxçıvan məhsulları haqda maraqlı videomaterial yerləşdirilib.
Muxtar respublikada istehsal olunan məhsullar “Gulfood – 2019” sərgisində maraqla qarşılanıb 17-21 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində “Gulfood – 2019” beynəlxalq qida sərgisi keçirilib. Sərgidə İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə qida sənayesi sahəsində fəaliyyət göstərən 21 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdiriblər.