Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” layihəsi çərçivəsində Virtual Sahibkarlar Yarmarkası fəaliyyətə başlayıb. Virtual yarmarkada muxtar respublikadan olan sahibkar qadınların əl işləri yer alıb.
Muxtar respublika əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin olunmas, süni qiymət artımının qarşısının alınması, istehsalçıların öz məhsullarını birbaşa istehlakçılara çatdırması məqsədilə Naxçıvan şəhəri Xətai küçəsində yerləşən Mərkəzi Bazarda hər həftənin şənbə və bazar günlərində təşkil olunan kənd təsərrüfatı məhsulları yarmarkasının keçirilməsi davam etdirilir.
İğdır-Naxçıvan qaz kəməri layihəsinin bir il ərzində tamamlanması planlaşdırılır.
Bunu Türkiyənin Enerji və təbii sərvətlər naziri Fatih Dönməz Azərbaycanın enerji naziri Pərviz Şahbazov ilə Anlaşma Memorandumunun imzalanması mərasimində deyib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində istehsalat təcrübəsi keçən Naxçıvan Dövlət Universitetinin “Menecment” və “Naxçıvan” Universitetinin “İqtisadiyyat” ixtisasları üzrə IV kurs tələbələri Naxçıvan Biznes Mərkəzində olublar.
“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” Babək rayonunda da uğurla icra olunur, kompleks-quruculuq tədbirləri həyata keçirilir. İstifadəyə verilən müasir sosial obyektlər əhaliyə göstərilən xidmətlərin səviyyəsini yüksəltməklə yanaşı, Babək rayonunu da müasir yaşayış məntəqəsinə çevirib, məskunlaşma artıb, rayon mərkəzi və kəndlər böyüyüb.
2021-ci ilin 21-25 fevral taixlərində Birləşmiş Ərəb Əmiliklərinin Dubay şəhərində “Gulfood” beynəlxalq qida sərgisi keçiriləcək. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarları sərgidə iştiraka dəvət edir. Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun rəsmi internet səhifələrində əldə etmək olar.
İqtisadiyyat Nazirliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin IV kurs tələbələri üçün istehsalat təcrübəsi təşkil edib. Tələbələr bu dəfə Badamlı Mineral Sular Zavodundakı istehsal prosesi ilə yaxından tanış olublar.
2020-ci ilin “İxrac” ili elan olunması ticarət əlaqələrinin genişlənməsinə, yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən yerli istehsal məhsullarının dünya bazarlarına çıxarılmasına və beləliklə ixrac potensialının genişlənməsinə böyük stimul verib.
“Naxçıvan bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin istixana komplekslərində yeni texnologiyaların tətbiqi burada yüksək məhsuldarlığa nail olunmasında əhəmiyyətli rol oynayır. Becərmə tədbirlərində üzvi gübrələrdən istifadə edilməsi isə əhalinin daha keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradır.
“Ləzzət Broyler” MMC Naxçıvan Muxtar Respublikasında ən iri quş əti istehsalçısıdır. Mütəşəkkil istehsal prossesinə malik bu müasir müəssisədə “Ləzzət Broyler” markası altında mövcud bazar təlabatına uyğun olaraq məhsullar istehsal edilir. Alıcı rəğbəti qazanan müəssisə bu il beynəlxalq sertifikatlar alıb.