Xəbərlər

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri tələbələrlə görüşüb

PrintE-mail

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin hamiliyinə verilmiş ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib. Tədbirdə universitetin rektoru Saleh Məhərrəmov bu cür tədbirlərin tələbələrin gələcək perspektivlərinin formalaşmasındakı rolundan danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat naziri Tapdıq Əliyev vurğulayıb ki, ötən müddət ərzində universitetin hamiliyə verilmiş ixtisaslarında təhsil alan tələbələrlə görüş keçirilib, onlara muxtar respublikanın sosial-iqtisadi inkişafını əks etdirən broşür, kitab, kataloq kimi əyani vəsaitlər verilib. Qeyd edilib ki, nazirliyin fəaliyyət istiqamətlərini əks etdirən 50 mövzu üzrə mühazirələrin oxunub, tələbələrin yay istehsalat təcrübələrinin təşkili üçün müvafiq müəssisələrlə tanışlıqlar olub. Aprel ayında Naxçıvan Biznes Mərkəzində nazirliyin əməkdaşlarının, Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Universitetinin müəllim, bakalavr, magistr və doktorantlarının iştirakı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutu tərəfindən iqtisadi siyasətə təsir təhlilərinin qiymətləndirilməsi, Biznes Planlarının işlənməsi mövzuları üzrə 3 günlük seminar keçirilib və seminarın sonunda 120 nəfər iştirakçıya sertifikat təqdim olunub.

Nazirliyin investisiyaların təşviqi və ixraca dəstək şöbəsinin mütəxəssisi Rəmzi Əlizadə startap nədir, təqdim olunan layihələrin iqtisadi səmərəliliyinin müəyyənləşdirilməsi, startapın stimullaşdırılması, maliyyələşdirilməsi və beynəlxalq təcrübə mövzusunda çıxış edib.

Sonda tələbə və müəllimlərin sualları cavablandırılıb.

 

 

 

Muxtar respublikada iqtisadiyyatın daha da şaxələndirilməsinə geniş imkanlar yaradılıb

PrintE-mail

Nəşr edilib 07.05.2019 09:02

Müasir Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının yeni mərhələsi ölkə regionları arasında yaşayış səviyyəsi fərqlərinin aradan qaldırılması, şəhərlə kəndin bir-birinə yaxınlaşması, əhalinin daha çox ucqarlarda yeni iş yerləri ilə təmin olunmasına imkan verən istehsal və xidmət sahələrinin yaradılması ilə xarakterizə edilir. Regional inkişaf prioritetlərinə uyğun olaraq həyata keçirilən iqtisadi strategiya, bu mənada, Naxçıvan Muxtar Respublikasında hərtərəfli şəkildə mənim­sənilməklə, son nəticədə, blokadadan intibaha doğru aparan geniş bir yolun möhkəm zəminini formalaşdırmışdır.

 

Qazanılan uğurların təməlində dayanan əsas faktorlardan biri qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bu il martın 29-da “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı Fərman bu baxımdan qarşıya qoyulmuş yeni vəzifələrin həyata keçirilməsi üçün növbəti bir addımdır. Fərman muxtar respublikanın, o cümlədən kənd yerlərinin sosial­-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının daha da yüksəldilməsi məqsədilə imzalanıb. 
Regional inkişaf proqramlarının qəbulu və onların icrası muxtar respublikamız, bütövlükdə, ölkəmiz üçün obyektiv zərurətdən irəli gəlir. Məlumdur ki, Azərbaycan neft-qaz ölkəsi kimi mühüm irimiqyaslı beynəlxalq layihələrin iştirakçısı və etibarlı partnyor kimi dünyada böyük müsbət imic qazanıb. Bununla yanaşı, Azərbaycanın neft hasilatının yalnız ölkənin paytaxtı və ətrafında cəmləşməsi istər istehsal, istər maliyyə, istərsə də insan resurslarının istifadəsində tarazsızlıq yaradır ki, bu problemin də həllində dövlət tənzimlənməsi mühüm amil kimi özünü sübut edir. İqtisadiyyatın hərtərəfli inkişafı üçün islahatların aparılması, Azərbaycanın sahib olduğu yeraltı sərvətlərin yerüstü kapitala – elmtutumlu sənaye, mütərəqqi təhsil, etibarlı səhiyyə, məhsuldar kənd təsərrüfatı, komfortlu turizm, yüksəksürətli rabitə və nəqliyyat infrastrukturu kimi sahələrə çevrilməsi üçün məhz uzunmüddətli dövrə hesablanmış proqram məzmunlu qərarların qəbulu tələb olunurdu. Təcrübə göstərdi ki, ölkəmizdə və eləcə də onun tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında qəbul olunaraq icrası uğurla yekunlaşdırılan belə pro­qramlar məhz bu vəzifələrin həllində əsas determinant olaraq öz əhəmiyyətini bir daha göstərdi və əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, müasir tələblərə cavab verən ­rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb oldu. 
Naxçıvan Muxtar Respublikasında son on beş ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadi inkişafın əsas göstəricisi sayılan ümumi daxili məhsulun həcmi birinci proqramın qəbul edildiyi 2004-cü illə müqayisədə 12 dəfə artaraq 2 milyard 773 milyon 20 min manatdan çox olub. Regionun sosial-iqtisadi inkişafına dair sayca üçüncü olan və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 1 sentyabr tarixli ­Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası muxtar respublikanın sosial-iqtisadi inkişafında, əhalinin rifahının daha da yaxşılaşmasında mühüm mərhələ olub. 
Bu proqram çərçivəsində görülən işlər, ilk növbədə, iri infrastruktur layihələrinin reallaşdırılması iqtisadiyyatın özəl sektorunun sürətli inkişafı üçün fəaliyyət meydanının tam formalaşması ilə nəticələnib. Yeni iqtisadi və idarəetmə modellərinin tətbiqi, sahələr arasında inteqral əlaqələrin yaradılması, burada iqtisadi mənafelərin qorunması, bank, maliyyə, sığorta kimi vacib sahələrdə dayanıqlılığın təmin olunması kimi mühüm məsələlər həll olunub. Nəticədə, 2004-cü illə müqayisədə muxtar respublikanın ümumi daxili məhsulunun həcmi 12, sənaye məhsulları istehsalı 38,7, kənd təsərrüfatı məhsulları istehsalı 6,1, əsas kapitala investisiya qoyuluşu 12,7, xarici ticarət dövriyyəsi isə 12,4 dəfə artıb. Son illər ərzində yeni yaradılan müəssisələrdə 73 mindən çox iş yeri açılıb, təkcə ötən beş il ərzində isə muxtar respublikada 85 elm və təhsil, 60 səhiyyə, 13 gənclər və idman, 137 mədəniyyət müəssisəsi, 17 sosial qayğıya ehtiyacı olan ailələr üçün ev, 52 kənd və 54 xidmət mərkəzi tikilərək istifadəyə verilib. Bu dövrdə 3 yeni elektrik stansiyası fəaliyyətə başlayıb. Naxçıvan indi elektrik enerjisi ilə nəinki özünü təmin edir, hətta bu sahədə ixracatçı kimi də tanınır. 
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın diversifikasiyası, kommunal xidmət və sosial infrastruktur təminatının yaxşılaşdırılması, məşğulluğun artırılması və həyat səviyyəsinin yüksəldilməsi sahəsində mühüm nəticələr əldə olunub. Təkcə iqtisadiyyatın əsas aparıcı qüvvəsi hesab edilən sahibkarlıq fəaliyyətinin dəstəklənməsi üzrə görülən işlərə nəzər salsaq, Naxçıvanda müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edildiyini və 2014-2018-ci illərdə muxtar respublikada sahibkarlara 113 milyon 762 min 900 manat kredit verildiyini görərik. Həyata keçirilən yeni layihələr və yaradılan istehsal sahələri hesabına bu dövrdə muxtar respublikada 15 minə yaxın yeni iş yeri açılıb ki, bu da regional inkişafın ən əsas müsbət göstəricilərindəndir. Bundan əlavə, istehsal imkanları artan naxçıvanlı sahibkarların biznes əlaqələrinin genişləndirilməsi məqsədilə 2014-2018-ci illər ərzində ölkə daxilində və xaricdə keçirilən 131 biznes-forum, sərgi və konfransda 742 sahibkarlıq subyektinin iştirakı təmin edilib. Real sektorun inkişafına yönəlmiş və hər bir investor, iş adamı üçün kifayət qədər vergi və digər güzəştləri əhatə edən investisiyaların təşviqi mexanizminə uyğun olaraq indiyədək 5 layihə həyata keçirilib. Bu layihələrin real­laşdırılmasına 11 milyon 376 min manat sərmayə qoyulması əlavə yeni iş yerlərinin açılmasına zəmin yaradıb. 
Sahibkarlıq fəaliyyətinin geniş vüsət aldığı muxtar respublikada yerli ehtiyatlar hesabına müxtəlif növdə sənaye məhsulları istehsalının təşkili öz bəhrəsini verməkdədir. Belə ki, dövlət maliyyə dəstəyi və özəl investisiya hesabına son beş ildə yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla, 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi məşğulluq səviyyəsinin yüksəlməsinə öz təsirini göstərmişdir.
Dövlətin özəl sektora, habelə onun aparıcı sahəsi olan sənayeyə göstərdiyi diqqətin nəticəsində təkcə 2018-ci ildə istehsal olunan sənaye məhsulunda özəl sektorun payı 94,7 faiz təşkil edib. 
Muxtar respublikada kənd təsərrüfatı sahəsində məhsul istehsalının stimullaşdırılması, torpaqlardan daha səmərəli istifadəyə şərait yaratmaq üçün aqrar bölmədə emal və bazar infrastrukturunun yaradılması da əvvəlki dövlət proqramının icrası dövründə diqqətdə saxlanılıb. Ərzaq məhsullarının satışı zamanı mövsümi problemlərin həlli və əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatı məqsədilə ümumi tutumu 2230 ton olan 8 müxtəlif tutumlu soyuducu anbar, 17 istixana, 43 heyvandarlıq təsərrüfatı yaradılıb, 10 heyvandarlıq və 1 istixana təsərrüfatı genişləndirilib. Təkcə heyvandarlıq təsərrüfatlarının yaradılması üçün 45 milyon 104 min 200 manat həcmində kreditlər verilib.
Son illər ərzində rayon və kənd­lərdə 750 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin edib.
Kənd təsərrüfatı məhsulları istehsalçılarının müasir texnika ilə təmin olunması üçün 2014-2018-ci illərdə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1130 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınıb gətirilərək məhsul istehsalçılarına verilib. Yaradılmış şərait nəticəsində muxtar respublikada son 15 ildə taxıl istehsalı 1,2, süd istehsalı 1,3, ət istehsalı 1,9, kartof istehsalı 2,9, tərəvəz istehsalı 1,6, meyvə istehsalı 3,4, üzüm istehsalı isə 2,3 dəfə artıb. 
Muxtar respublikanın sosial-­iqtisadi həyatında mühüm rol oynamış bu dövlət proqramlarının uğurlu icrası ilə sənaye və kənd təsərrüfatı sahələri ilə yanaşı, regionun bütün yaşayış məntəqələrini əhatə edən yeni təhsil, səhiyyə, mədəniyyət, idman və turizm obyektlərinin, kənd və xidmət mərkəzlərinin tikintisi, habelə meliorasiya, energetika, ­yaşıllaşdırma, rabitə, nəqliyyat, yol-tikinti, içməli su təchizatı və kanalizasiya sistemləri sahələri üzrə həyata keçirilmiş yüzlərlə layihəyə də yekun vurulub. 
Bütün bu sadalananlar, eləcə də qazanılmış geniş təcrübə, maliyyə, istehsal resursları, əmək ehtiyatları muxtar respublikanın real sektorunun inkişaf potensialının əyani göstəricisidir. Bütün bunlar qarşıdakı dövrdə muxtar respublikanın əldə etdiyi nailiyyətlərin daha da artırılmasına zəmanət verir. Bu mənada, ötən dövrdə regional inkişaf sahəsində qazanılmış təcrübə növbəti, dördüncü dövlət proqramının icrası üçün də əlverişli zəmin yaradır.

Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

Naxçıvanlı sahibkarlar biznes forumda

PrintE-mail

Nəşr edilib 30.04.2019 09:02Çap

Aprelin 29-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakı şəhərində Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. 
Forumun işində Naxçıvan Muxtar Respublikasından olan sahibkarlar “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyətinin marketinq müdiri Şamxal Məmmədov, “Xalaoğlu” süd məhsulları istehsalı müəssisəsinin direktoru Rafiq Əliyev və “Ordubad Qənnadı Məmulatları” MMC-nin direktoru Emin Məmmədov iştirak ediblər.
Forum çərçivəsində ikili görüşlər keçirilib. Bu görüşlərdə “Cahan Tabak Beynəlxalq” MMC ilə Xorvatiya təmsilçiləri arasında muxtar respublikamızda tütün məmulatları sahəsində investisiya qoyuluşları və ixracı, habelə qida məhsullarının ölkəmizə idxalı imkanları müzakirə olunub. “Ordubad Qənnadı Məmulatları” MMC ilə Xorvatiya Ticarət Palatasının rəsmisi arasında Xorvatiya şirkətləri ilə qablaşdırma sahəsində gələcəkdə əməkdaşlığa dair müzakirələr aparılıb.

 
 

Sahibkarlıq dayanıqlı iqtisadi inkişafın əsasıdır

PrintE-mail

Müasir Azərbaycan iqtisadiyyatında mühüm rola malik olan sahibkarlığın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin müstəqil ölkəmizə rəhbərliyinin ilk illərindən həyata keçirdiyi inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, – deyən ümummilli liderin rəhbərliyi altında digər sahələrdə olduğu kimi, sahibkarlığın formalaşması və inkişafı, eləcə də bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində də mühüm işlər görülmüşdür.

Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də sahibkarlığın inkişafını prioritet məsələyə çevirmişdir. Dövlət başçısının 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilməsi də bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsidir. 
Bu gün ölkəmizdə həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu vardır. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə əlaqədar özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi bir sıra istiqamətlərdə rəqabət­qabiliyyətli istehsal və xidmət sahələrinin yaradılmasına imkan vermişdir. Bu inkişaf strategiyasının muxtar respublikamızda da uğurla davam etdirilməsi müasir və güclü infrastrukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişafı istiqamətində ardıcıl və sistemli tədbirlər görülmüş, sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır.

Müasir dövr muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolunun daha da güclənməsi ilə xarakterizə olunur. Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər, bu mənada, sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir”. 
2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Təsərrüfat subyektlərinə kredit dəstəyinin göstərilməsi də bu vacib sahənin inkişafına diqqətdən xəbər verir. Belə ki, 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.
Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı biznes mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılmasının göstəricisi olmaqla, bu sahədə həyata keçirilən uzunmüddətli işlərin nəticəsidir. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə muxtar respublikanın İqtisadiyyat Nazirliyinin nəzdində Sahibkarlığın İnkişafı Fondu yaradılmışdır. Fond tərəfindən bu günə qədər 1271 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 142 milyon 313 min manatdan çox kreditlər ayrılmış, həmin vəsait sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunmuşdur.
Naxçıvanda sahibkarlığın fəaliyyət istiqamətləri kifayət qədər çoxşaxəlidir. Hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir. Təkcə son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla, 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlmiş, ixracın həcmi artmışdır. Son illərdə rayon və kənd­lərdə 750 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin etmişdir. 
Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xarici əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılmasını təmin edir. Dövlət dəstəyi ilə son illərdə 50-dən artıq ölkədə keçirilən 321 müxtəlif tədbirdə 1722 sahibkarın iştirakının təmin edilməsi, 8 ixrac missiyasında, 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə muxtar respublika sahibkarlarının təmsil olunması yerli şirkətlərin biznes əlaqələrinin inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və ixracın artmasına əlverişli şərait yaratmışdır. Bütün bu tədbirlər, son nəticədə, məhsul istehsalının və ixracın həcminin artmasına səbəb olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri vardır. Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ölkə­mizin regionları arasında 2017-ci və 2018-ci illərin nəticələrinə görə lider olmuşdur. 
Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. 
Son illərdə 442 sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 383 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir. Muxtar respublikada sahibkarlara yaradılan şəraitdən istifadə edərək öz biznesini genişləndirən, yeni istehsal müəssisələri, iş yerləri yaradan, istehsal etdiyi məhsullarla ölkəmizi xaricdə layiqincə tanıdan, ümumilikdə, iqtisadi inkişafımıza, xüsusən də özəl sektorun inkişafına töhfə verən belə sahibkarlıq subyektlərinin sayı ilbəil artmaqdadır.
Muxtar respublikamızda sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ­“Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 30 sentyabr tarixli Fərmanına müvafiq olaraq bu sahədə ardıcıl tədbirlər görülür. Ötən dövrdə muxtar respublikada 4294 sahibkarlıq subyekti nəzarət kitabçası ilə təmin edilmiş, İqtisadiyyat Nazirliyində yaradılmış “Qaynar xətt” vasitəsilə sahibkarlıq subyektləri ilə maarifləndirmə işləri aparılmışdır. 
İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına və stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Belə ki, artıq muxtar respublikada investisiya təşviqi sənədinin tətbiqinə başlanmış, ötən dövrdə 11 milyon 376 min manat dəyərində 5 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədinin verilməsi, 21 halda ixrac əməliyyatı üzrə 63 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini vermişdir.
Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə xidmət edir. Bu səbəbdən də yaradılan şəraitdən və göstərilən dövlət dəstəyindən səmərəli istifadə etmək, muxtar respublika iqtisadiyyatının inkişafına töhfə vermək sahibkarların qarşısında duran əsas vəzifədir.


Naxçıvan Muxtar Respublikası
İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 

25 aprel Sahibkarlar günüdür

PrintE-mail

25 aprel Sahibkarlar günüdür

Sahibkarlıq dayanıqlı iqtisadi inkişafdır


00:00 25.04.2019
233
Paylaş

Müasir Azərbaycan iqtisadiyyatında mühüm rola malik olan sahibkarlığın formalaşması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin müstəqil ölkəmizə rəhbərliyinin ilk illərindən həyata keçirdiyi inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaratmışdır. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur,”— deyən ümummmili liderin rəhbəliyi altında digər sahələrdə olduğu kimi, sahibkarlığın formalaşması və inkişafı, eləcə də bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində  də mühüm işlər görülmüşdür.

Ulu öndərin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də sahibkarlığın inkişafını prioritet məsələyə çevirmişdir. Bu gün  ölkə iqtisadiyyatında sahibkarların rolunun artırılmasına xüsusi diqqət yetirilir. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının uğurlu icrası ölkəmizin davamlı inkişafına, xüsusilə də sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə əlaverişli şərait yaratmışdır. Dövlət başçısının 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda “Sahibkarlar Günü” kimi qeyd edilməsi də bu sahəyə göstərilən dövlət qayğısının daha bir ifadəsidir.

Bu gün ölkəmizdə həyata keçirilən layihələrin uğur qazanmasında sahibkarların böyük rolu vardır. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası ilə bağlı özəl sektor qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi bir sıra istiqamətlərdə rəqabətqabiliyyətli istehsal və xidmət sahələrinin yaradılmasına imkan vermişdir. Bu inkişaf strategiyasının muxtar respublikamızda da uğurla davam etdirilməsi müasir və güclü infra­strukturun qurulmasına, özəl sektorun inkişafına, bu istiqamətdə bir sıra təşkilati, hüquqi və iqtisadi tədbirlərin görülməsinə, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılmasına, yeni müəssisələrin qurulmasına, iş yerlərinin açılmasına zəmin yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə sahibkarlığın inkişafı istiqamətində ardıcıl, səmərəli və sistemli tədbirlər görülmüş, sahibkar­lıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmışdır.

Müasir dövr muxtar respublika iqtisadiyyatında özəl sektorun, xüsusilə kiçik və orta sahibkarlığın rolununu daha da güclənməsi ilə xarakterizə olunur. Ailə təsərrüfatlarının inkişaf etdirilib, onların kiçik biznes subyektinə çevrilməsi üçün həyata keçirilən dəstəkləyici tədbirlər bu mənada sahibkarlığın da genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Sahibkarlığın inkişafının bir yolu da ailə təsərrüfatlarının fəaliyyətini dəstəkləməkdən keçir. Çünki ailə təsərrüfatları həm yerli istehsalın həcminin artmasına və özünüməşğulluğun təmin olunmasına, həm də kiçik və orta sahibkarlığın inkişafına böyük təkan verir.” 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuş, bu sahənin inkişafı ilə bağlı Tədbirlər Planı təsdiq edilmişdir. Təsərrüfat subyektlərinə kredit dəstəyinin göstərilməsi də bu vacib sahənin inkişafına göstərilən diqqətdən xəbər verir. Belə ki, 2018-ci ildə 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir.

Özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafı biznes mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılmasının göstəricisi olmaqla bu sahədə həyata keçirilən uzunmüddətli işlərin nəticəsidir. Sahibkarlara maliyyə dəstəyi göstərmək məqsədilə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində Sahibkarlığın İnkişafı Fondu yaradılmışdır. Fond tərəfindən bu günə qədər 1271 layihənin maliyyələşdirilməsinə güzəştli şərtlərlə 142 milyon 313 min manatdan çox güzəştli kreditlər ayrılmış, həmin vəsait sənaye, xidmət və kənd təsərrüfatı təyinatlı müəssisələrin yaradılmasında istifadə olunmuşdur.

Naxçıvanda sahibkarlığın fəaliyyət istiqamətləri kifayət qədər çoxşaxəlidir. Hazırda muxtar respublikada məşğul əhalinin 83 faizə yaxını özəl sektorda çalışır. Sənaye sahəsində məhsul istehsalının 94 faizi, tikintidə görülən işlərin və nəqliyyat xidmətinin 78 faizi, rabitə xidmətinin 82 faizi, kənd təsərrüfatı, ticarət və ictimai iaşə xidmətlərinin isə 100 faizi özəl bölmənin payına düşür ki, bu da çox yüksək göstəricilərdir. Təkcə son beş ildə muxtar respublikada yeyinti, yüngül, mebel, metallurgiya, kimya, tikinti olmaqla 84 sənaye təyinatlı müəssisənin istifadəyə verilməsi, 270 heyvandarlıq, 84 ətlik və yumurtalıq istiqamətində quşçuluq, 111 arıçılıq, 74 bağçılıq və 14 balıqçılıq təsərrüfatının yaradılması nəticəsində məşğulluq səviyyəsi yüksəlmiş, ixracın həcmi artmışdır. Son illərdə rayon və kəndlərdə 750 kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahələrinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin etmişdir.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin xarici əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması təmin edilir. Dövlət dəstəyi ilə son illərdə 50-dən artıq ölkədə keçirilən 321 müxtəlif tədbirdə 1722 sahibkarın iştirakının təmin edilməsi, 8 ixrac missiyasında, 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə muxtar respublika sahibkarlarının təmsil olunması yerli şirkətlərin biznes əlaqələrinin inkişafına, beynəlxalq təcrübənin öyrənilməsinə və ixracın artmasına əlverişli şərait yaratmışdır. Bütün bu tədbirlər son nəticədə məhsul istehsalının və ixracın həcminin artmasına səbəb olmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikasının dünyanın 60-a yaxın ölkəsi ilə ticarət əlaqələri vardır. Sahibkarlığın inkişafının dəstəklənməsinin və yaradılan şəraitin nəticəsidir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ölkə­mizin regionları arasında 2017-ci və 2018-ci illərin nəticələrinə görə lider olmuşdur.

Sahibkarlığa göstərilən qayğı, öz növbəsində, yerli istehsalın inkişafına da şərait yaradır. Yerli istehsalın inkişaf etdirilməsi isə daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq, muxtar respublikada iqtisadiyyatın bütün sahələrində yeni istehsal və xidmət sahələri yaradılır, mövcud olanların fəaliyyəti bərpa edilir. Son illərdə 442 sənaye müəssisəsinin yaradılması, bu müəssisələrdə 383 növdə məhsulun istehsal olunması, 350 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi sahibkarlığın inkişafının nəticəsidir. Naxçıvan Muxtar Respublikasında sahibkarlara yaradılan şəraitdən istifadə edərək öz biznesini genişləndirən, yeni istehsal müəssisələri, iş yerləri yaradan, istehsal etdiyi məhsullarla ölkəmizi xaricdə layiqincə tanıdan, ümumilikdə, iqtisadi inkişafımıza, xüsusən də özəl sektorun inkişafına töhfə verən belə sahibkarlıq subyektlərinin sayı ilbəil artmaqdadır.

Naxçıvan Muxtar Respublikasında sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlarının müdafiəsi də diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” 2002-ci il 30 sentyabr tarixli Fərmanına müvafiq olaraq bu sahədə ardıcıl tədbirlər görülür. Ötən dövrdə muxtar respublikada 4294 sahibkarlıq subyekti nəzarət kitabçası ilə təmin edilmiş, İqtisadiyyat Nazirliyində yaradılmış “Qaynar xətt” vasitəsilə sahibkarlıq subyektləri ilə maarifləndirmə işləri aparılmışdır.

İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına və stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Belə ki, artıq muxtar respublikada investisiya təşviqi sənədinin tətbiqinə başlanmış, ötən dövrdə 11 milyon 376 min manat dəyərində 5 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədinin verilməsi, 21 halda ixrac əməliyyatı üzrə 63 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi ixracyönümlü məhsulların istehsalının dəstəklənməsinə, investisiyaların cəlb edilməsinin stimullaşdırılmasına öz töhfəsini vermişdir.

Sahibkarlığın inkişaf etdirilməsi, dövlətin sahibkara, iş adamına sahib çıxması iqtisadiyyatımızın dinamik inkişafına, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, yeni iş yerlərinin açılmasına, mövcud ictimai-siyasi sabitliyin daha da möhkəmlənməsinə töhfə verir. Bu səbəbdən də yaradılan şəraitdən və göstərilən dövlət dəstəyindən səmərəli istifadə etmək, muxtar respublika iqtisadiyyatının inkişafına töhfə vermək sahibkarların qarşısında duran əsas vəzifədir.

 

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti

 
 

Page 1 of 23

Joomla 1.5