Hesabatlar

Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat Nаzirliyinin 2019-cu ilin mart ayı ərzində fəаliyyəti hаqqındа H Е S А B А T

PrintE-mail

Nахçıvаn Muхtаr Rеspublikаsının sosial-iqtisadi inkişafını tənzimləyən Dövlət Prоqrаmlаrı, sessiya və müşavirələrdə qаrşıyа qоyulmuş vəzifələrə uyğun təsdiq еdilmiş Tədbirlər Plаnları və Nаzirliyin Əsаsnаməsinə müvafiq hazırlanmış “İş Planı” ilə müəyyən еdilmiş vəzifə və funksiyаlаr rəhbər tutaraq 2019-cu ilin mart ayı ərzində аşаğıdаkı işlər görülmüşdür:

İqtisаdiyyаtın bаzаr prinsipləri əsаsındа tənzimlənməsi prоsеsinin təkmilləşdirilməsi, strukturlаrın fəаliyyətinin qаnunvеriciliyə uyğun təşkili istiqаmətində işlər dаvаm еtdirilmiş, Nazirliyin fəаliyyət dаirəsinə аid оlаn məsələlər üzrə nоrmаtiv-hüquqi aktların icrası təmin оlunmuşdur. Bu məqsədlə Nаzirliyin fəаliyyətini tənzimləyən qаnunvеricilik аktlаrının, nоrmаtiv-hüquqi sənədlərin еlеktrоn bаzаsı yenilənmişdir.

Sahibkarlıq subyektlərinin fəaliyyətində qanunvericiliyin daha səmərəli tətbiq edilməsi, hüquqi və metodiki köməkliklərin göstərilməsi məqsədilə Nazirliyin səlahiyyətlərinə aid edilən normativ hüquqi aktların aşılanması istiqamətində 15 halda əməkdaşlara tədris məşğələlərinin keçirilməsi davam etdirilmişdir.

2019-cu ilin mart ayı ərzində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər davam etdirilmiş, yeni mineral su istehsalı sahəsi, qaynaq çubuğu, plastik səbət, xalça toxuma, yun və boyaq bitkilərinin tədarükü, heyvandarlıq, süd emalı, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 28 sahənin yaradılması davam etdirilmişdir.

Mart ayı ərzində yeni növdə ərzaq məhsullarının istehsalı,  soyuducu anbar, arıçılıq təsərrüfatının genişləndirilməsi və balın emalı sahələrinin yaradılması, ətlik-südlük istiqamətində heyvandarlıq təsərrüfatının yaradılması, meyvə-tərəvəz məhsullarının,  yabanı  növ bitkilərin tədarükü və  konservləşdirilməsi sahələrinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 9 sahibkarlıq subyetinə 2 milyon 567 min manat həcmində güzəştli şərtlərlə dövlət maliyyə dəstəyi göstərilmişdir.

Kredit borclarının qaytarılması, o cümlədən vaxtı keçmiş kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilmiş və mart ayı əzrində 1.222.742,18 manat kredit vəsaitinin geri qaytarılması təmin edilmişdir.

Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş layihələrin icrasının, həmçinin ayrılmış güzəştli kredit vəsaitinin təyinatı üzrə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə 6 təsərrüfat subyektində monitorinqlər keçirilmiş və təyinatı üzrə istifadəsi nəzarətdə saxlanılmışdır.

Ay ərzində sahibkarlar və ya vətəndaşlar tərəfindən 39 halda Fonda müraciət daxil olmuşdur.

Nəsimi rayon İcra və Probasiya Şöbəsinin Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun xeyrinə 13.811.980,19 manat pul vəsaitinin tutulması məqsədilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icraatı istiqamətində tədbirlər davam etdirilmişdir.

Sahibkarların hüquqlarının daha etibarlı müdafiəsi məqsədilə 2019-cu ilin mart ayı ərzində 3 Nəzаrət kitаbçаsı, aidiyyəti dövlət orqanları tərəfindən xüsusi fəaliyyət növləri üzrə 164 lisenziya verilmiş,  “Qаynаr хətt” vаsitəsilə 614 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış,  müxtəlif tədbirlər haqqında məlumatlandırılmış, sаhibkаrlаrın prоblеmləri ilə bаğlı sоrğulаrı qаnunvеriciliyə uyğun həll еdilmişdir.

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin 23 аvqust 2000-ci il tаriхli 104-I nömrəli Fərmаnı ilə təsdiq еdilmiş «Nахçıvаn Muхtаr Rеspublikаsındа Dövlət əmlаkının özəlləşdirilməsinin II Dövlət Prоqrаmı»nı və digər nоrmаtiv-hüquqi аktlаrı rəhbər tutаrаq dövlət əmlakından səmərəli istifadəni təmin etmək məqsədilə 95 dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat forması qəbul edilmiş, 2 halda əsas vəsaitlərin  silgisinə dair müvafiq rəy verilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən bir halda əsas vəsaitlərin əvəzsiz olaraq balansdan balansa verilməsi təmin edilmişdir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2000-ci il 23 avqust tarixli 104-I nömrəli fərmanı ilə təsdiq edilmiş «Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Prоqramı»na və Prоqrama edilmiş əlavə və dəyişikliklərə uyğun оlaraq 1 ədəd nəqliyyat vasitəsi və “Araz-3” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus, ümumi sahəsi 2470,7 kv.m olan ətlik istiqamətli quşçuluq bölməsinin özəlləşdirilməsi təmin edilmişdir. Cəmi özəlləşdirmədən mart ayı ərzində 461.000,00 manat vəsait daxil оlmuşdur və  Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən müəssisə, təşkilatların hesabına və kredit borclarına ödənilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qоrunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 06 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına və “Dövlət əmlakının icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə оlunması Qaydaları”na uyğun оlaraq 7 qеyri-yаşаyış və torpaq sаhələri üzrə yeni icarə müqavilələri bağlanmış, 5 qеyri-yаşаyış və tоrpаq sаhələri üzrə icarə müqavilələrinin müddəti növbəti dövrə uzadılmışdır.

Cari ilin mart ayı ərzində muxtar respublikada dövlət əmlakı olaraq ümumi sahəsi 13.283,7 kvm olan 10 tikili və torpaq sahəsinin texniki pasportu hazırlanmışdır.

 

04 mart 2019-cu il tarixdə Bakı şəhərində keçirilmiş  “Azərbaycan - Səudiyyə Ərəbistanı Biznes Forum”unda “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının, “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqının, “Badamlı Mineral Sular” MMC-nin, Babək “Sirab” ASC-nin  nümayəndələrinin iştirakı təmin edilmişdir.

14 mart 2019-cu il tarixdə Bakı şəhərində keçirilmiş “Azərbaycan-İran Biznes Forumu”nda “Cahan Holdinq” Kommersiya Şirkətlərinin İttifaqının, “Naxçıvan Avtomobil Zavodu” MMC-nin, və “Dekor Qrup” MMC-nin nümayəndələrinin iştirakı təmin edilmişdir.

Ümumilikdə 2019-cu ilin mart ayında muxtar respublikadan 8 sahibkarlıq subyektinin 9 nəfər nümayəndəsi 2 beynəlxalq tədbirdə iştirakı təmin edilmişdir.

04 mart 2019-cu il tarixdə Araz Azad Ticarət və Sənaye Zonasının icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyətinin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində yerli sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüşü təşkil edilmişdir.

05 mart 2019-cu il tarixdə Ankara şəhərində Naxçıvan Muxtar Respublikasına tətbiq edilən güzəştli ticarət rejiminin fəaliyyətində yaranan çətinliklərin müzakirə edilməsi məqsədilə Türkiyə Respublikasının Ticarət Nazirliyi, Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi və digər qurumların iştirakı ilə görüş keçirilmişdir. Görüşdə muxtar respublikada istehsal olunan məhsulların Türkiyə Respublikasına ixracı zamanı yaranan qeyri-tarif maneələrinin aradan qaldırılması ilə bağlı məsələlər müzakirə olunmuşdur.

 

07 mart 2019-cu il tarixdə Qars Lojistika Mərkəzinin fəaliyyəti ilə bağlı Qars şəhərində Türkiyə Respublikasının aidiyyəti qurumlarının rəsmiləri ilə görüş keçirilmişdir. Görüşdə Qars Lojistika Mərkəzi vasitəsi ilə muxtar respublikaya və əksi istiqamətlərdə yük daşımalarının təşkili imkanları müzakirə olunmuşdur.

 

2019-cu ilin mart ayı ərzində Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən verilən keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaranmış, ixrac olunan məhsullara 7 hаldа mənşə sеrtifikаtları vеrilmişdir.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, cari ilin mart ayı ərzində ərzaq məhsulları üzrə 41 mal çeşidini əhatə edən 100 halda səyyar, 156 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir.

Aparılan ekspertizalar və laboratoriya müayinələri 100 halda yerli istehsal məhsullarını, 56 halda isə idxal məhsullarını əhatə edib. 81 halda hüquqi və 75 halda fiziki şəxslər tərəfindən daxil olmuş ərzaq nümunələrinin ekspertiza, laboratoriya və səyyar təhlilləri nəticəsində 155 nümunənin  keyfiyyət göstəriciləri qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi,1 halda mal nümunəsinin keyfiyyət göstəricilərinin aşağı olduğu müəyyən edilmişdir. Aparılmış laboratoriya təhlilləri sınaq protokolları ilə rəsmiyyətə salınaraq aidiyyatı üzrə təqdim edilmişdir.

İstehlakçıların hüquqlarının qorunması, daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 2019-cu ilin mart ayı ərzində  55 halda topdan, pərakəndə ticarət, istehsal müəssisəsi və xidmət obyektində qiymət və keyfiyyətə nəzarət tədbirləri həyata keçirilmişdir. “Dövlət müəssisə və təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaitləri hesabına alınan 81 adda tikinti materialları və avadanlıqlarının topdansatış qiymətləri təhlil olunmuş, məhsulların rəqabət qabiliyyətinin artırılması, istehsal xərclərinə qənaət olunması məqsədilə 23 çeşiddə məhsulun kalkulyasiyası hazırlanmış, qabaqlayıcı tədbirlər nəticəsində süni qiymət artımına yol verilməmişdir.

16 mart 2019-cu il tarixdən 24 mart 2019-cu il tarixədək “Novruz bayramı” ərəfəsində istеhsalçıların öz məhsullarını bir başa istеhlakçılara çatdırılması məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində ailə təsərrüfatı, sənaye və kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarının təşkil olunmuşdur.

Muxtar respublikada kartof əkini ilə məşğul olan sahibkarların yüksək keyfiyyətli toxumla təchiz edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə yaradılmış işçi qrupu tərəfindən əkin sahələrinin ölçülməsi həyata keçirilmiş, cəmi 84 istehsalçı 1054,32 ton toxumluq kartofla təchiz edilmişdir.

«Büdcə sistеmi hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununа müvаfiq оlаrаq Nахçıvаn Muхtаr Rеspublikаsı Nаzirlər Kаbinеtinin 6 fevral 2019-cu il tarixli 10/S nömrəli sərəncаmınа uyğun оlаrаq “2019-cu il və sonrakı üç il üzrə Dövlət İnvestisiya Prоqramı”nın layihəsi hazırlanaraq təqdim edilmiş, həmçinin  muxtar respublikanın növbəti büdcə ili və gələn üç il üzrə sоsial-iqtisadi inkişaf kоnsepsiyası və prоqnоz göstəricilərinin hаzırlаnması istiqamətində işlər aparılmışdır.

Cari ilin mart ayı ərzində Nazirliyin fəaliyyətini əks etdirən “Şərq Qapısı” qəzetində 4 xəbər materialı və məqalə dərc edilmiş, Naxçıvan Dövlət Teleradiosuna 5 xəbər materialı və müsahibə, “Naxçıvanın Səsi” radiosuna 2 müsahibə verilmiş, “Nuhçıxan” İnformasiya Agentliyində 3 xəbər materialı işıqlandırılmışdır.

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi Qaydası” üzrə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə istiqamətdə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı” və “Menecment”, Naxçıvan Universitetinin “İqtisadiyyat”, “Biznesin idarə edilməsi” fakultələrində təhsil alan tələbələrə 2018-2019-cu təd­ris ili üçün “Tədbirlər Planı”na uyğun olaraq Nazirliyin fəaliyyəti istiqamətlərini əks etdirən 4 mövzu üzrə mühazirələr oxunmuşdur. Tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2019-cu il tarixli 320-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na əsasən ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində Cari ilin ötən dövründə Fonda ailə fermer təsərrüfatı yaratmaq məqsədilə müraciət etmiş sahibkarların təsərrüfatlarında monitorinqlər aparılmış, iqtisadi səmərəli heyvandarlıq, arıçılıq, meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, arağın istehsalı və qablaşdırılması yönümlü 9  layihəyə ümumilikdə 59.000 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

Ailə təsərrüfatlarında istehsalın təşkil edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə birgə qabaqcıl ailə təsərrüfatlarında maarifləndirmə tədbirləri aparılaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının, arıçılıq təsərrüfatlarında istifadə olunan avadanlıqların sertifikatlaşdırılması mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilmiş, arıçılığın inkişafı məqsədilə mart ayında 2 layihənin maliyyələşdirilməsinə 10 min manat məbləğində kredit verilmişdir. Cari ilin 3 ayı ərzində fiziki şəxs Nüsrəddin Abbasov tərəfindən arıçılıq təsərrüfatının yaradılmasına 5.000 manat, fiziki şəxs Rəhim Abdullayev tərəfindən arıçılıq təsərrüfatının yaradılması üçün ilkin olaraq 5.000 manat, fiziki şəxs İlqar Hüseynov tərəfindən arıçılıq təsərrüfatının genişləndirilməsinə 15.000 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası istiqamətində Şərur rayonu Sərxanlı kəndində fiziki şəxs Vəli Zamanov tərəfindən tutumu 500 ton olan soyuducu anbarın qurulmasına 12.000 manat, Arpaçay kəndində fiziki şəxs Abdulla Adıgözəlov tərəfindən istixana təsərrüfatının genişləndirilməsinə  50.000 manat,  Kəngərli rayonu Yeni Kərki kəndində  fiziki şəxs Hafizə İsmayılbəyli tərəfindən meyvə-tərəvəz məhsullarının konservləşdirilməsinə 10.000 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir. Cari ilin ötən dövrü ərzində meyvə-tərəvəz məhsullarının,  yabanı  növ bitkilərin tədarükü və  konservləşdirilməsi məqsədilə 4 sahibkara ümumilikdə 11.000 manat həcmində dövlət maliyyə dəstəyi göstərilmişdir.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən yeni növdə ərzaq məhsullarının istehsalı, soyuducu anbar, arıçılıq təsərrüfatının genişləndirilməsi və balın emalı sahələrinin yaradılması, ətlik-südlük istiqamətində heyvandarlıq, meyvə-tərəvəz məhsullarının, yabanı  növ bitkilərin tədarükü və  konservləşdirilməsi sahələrinin yaradılması məqsədilə 9 sahibkarlıq subyetinə kreditlər verilmişdir. Fond tərəfindən maliyyələşdirilən və icrası davam etdirilən 16 layihə  üzrə ümumilikdə  115 yeni iş yeri açılması nəzərdə tutulmuşdur.

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində muxtar respublikada xalçaçılıq sənətinin qorunması, yaşadılması istiqamətində cari ilin fevral ayında “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında müxtəlif ölçülərdə dəyəri 759 manat olan 3 ədəd xalçanın satışı həyata keçirilmiş, 3 ədəd xalçanın toxunması davam etdirilmişdir.

Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, kənd əhalisinin bu sənətə olan marağının artırılması məqsədilə Şərur rayon Cəlilkənddə yerləşən “Buzxana” Kompleksində xalça toxuma sahəsinin fəaliyyəti davam etdirilmişdir.

Xalq yaradıcılığının inkişaf etdirilməsi, sənətkarların fəaliyyətinin daha da stimullaşdırılması və əl işlərinin sərgi-satış üçün qəbul edilməsi istiqamətində davamlı iş aparılmışdır. Naxçıvan Biznes Mərkəzində hesabat dövrü ərzində rəsmi görüşlər daxil olmaqla  7 tədbir təşkil edilmişdir.

 

Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat Nаzirliyinin 2019-cu ilin fevral ayı ərzində fəаliyyəti hаqqındа H Е S А B А T

PrintE-mail

Nахçıvаn Muхtаr Rеspublikаsının sosial-iqtisadi inkişafını tənzimləyən Dövlət Prоqrаmlаrı, sessiya və müşavirələrdə qаrşıyа qоyulmuş vəzifələrə uyğun təsdiq еdilmiş Tədbirlər Plаnları və Nаzirliyin Əsаsnаməsinə müvafiq hazırlanmış “İş Planı” ilə müəyyən еdilmiş vəzifə və funksiyаlаr rəhbər tutaraq 2019-cu ilin fevral ayı ərzində аşаğıdаkı işlər görülmüşdür:

İqtisаdiyyаtın bаzаr prinsipləri əsаsındа tənzimlənməsi prоsеsinin təkmilləşdirilməsi, strukturlаrın fəаliyyətinin qаnunvеriciliyə uyğun təşkili istiqаmətində işlər dаvаm еtdirilmiş, Nazirliyin fəаliyyət dаirəsinə аid оlаn məsələlər üzrə nоrmаtiv-hüquqi aktların icrası təmin оlunmuşdur. Bu məqsədlə Nаzirliyin fəаliyyətini tənzimləyən qаnunvеricilik аktlаrının, nоrmаtiv-hüquqi sənədlərin еlеktrоn bаzаsı yenilənmişdir.

Sahibkarlıq subyektləri ilə işdə qanunvericiliyin daha səmərəli tətbiq edilməsi, hüquqi və metodiki köməkliklərin göstərilməsi məqsədilə Nazirliyin səlahiyyətlərinə aid edilən normativ hüquqi aktların aşılanması istiqamətində 20 halda əməkdaşlara tədris məşğələlərinin keçirilməsi davam etdirilmişdir.

2019-cu ilin fevral ayı ərzində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülmüş, Şahbuz rayonunun Badamlı qəsəbəsində “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mineral su istehsalı sahəsi, qaynaq çubuğu, plastik səbət, xalça toxuma, yun və boyaq bitkilərinin tədarükü, heyvandarlıq, süd emalı, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 19 sahənin yaradılması davam etdirilmişdir.

Hesabat dövrü ərzində muxtar respublikada fəaliyyət göstərən istehsal və istehsal təyinatlı xidmət sahələrinin şəhər və rayonlar üzrə xəritəsi hazırlanmışdır.

Muxtar respublikada fəaliyyət göstərən istehsal müəssisələrinin fəaliyyətinin stimullaşdırılması məqsədilə idxal edilən məhsullara tətbiq olunan gömrük rüsumlarına baxılması üçün təkliflər hazırlanaraq Dövlət Gömrük Komitəsinə təqdim edilmişdir.

Şərur rayonunda yaradılması nəzərdə tutulan Sənaye Məhəlləsində ilkin olaraq istehsal sahəsinin qurulması məqsədilə layihələrin hazırlanması istiqamətində iş aparılmışdır.

Cari ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla işgüzar tədbiri hazırlanmışdır. Görüşdə yeni ərzaq məhsullarının istehsalı, quşçuluq təsərrüfatının yumurtalıq sahəsinin yenidən qurulması, birdəfəlik istifadə üçün kağız stəkan istehsalı sahəsinin yaradılması, soyuducu anbarın qurulması, arıçılıq təsərrüfatının genişləndirilməsi, balın emalı sahələrinin yaradılması, limon istixana təsərrüfatının yaradılması, ətlik-südlük istiqamətində heyvandarlıq təsərrüfatının yaradılması, meyvə-tərəvəz məhsullarının,  yabanı  növ bitkilərin tədarükü və  konservləşdirilməsi sahələrinin yaradılması məqsədilə Fondun vəsaiti hesabına 14 sahibkarlıq subyetinə 2 milyon 915 manat həcmində kredit vəsaitinin təqdimatı keçirilmişdir. Görüşdə həmçinin “Caspian European Club” tərəfindən hazırlanan investisiya reytinqində Naxçıvan Muxtar Respublikası ölkə­mizin regionları arasında 2018-ci ilin  nəticələrinə görə lider olması ilə əlaqədar investisiya reytinqinin təqdimatı keçirilmişdir.

Kredit borclarının qaytarılması, o cümlədən vaxtı keçmiş kredit borclarının geri qaytarılmasının sürətləndirilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilmiş və fevral ayı əzrində 542.661,96 manat kredit vəsaitinin geri qaytarılması təmin edilmişdir.

Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş layihələrin icrasının, həmçinin ayrılmış güzəştli kredit vəsaitinin təyinatı üzrə səmərəli istifadəsinin təmin edilməsi məqsədilə 6 təsərrüfat subyektində monitorinqlər keçirilmiş və təyinatı üzrə istifadəsi nəzarətdə saxlanılmışdır.

Nəsimi rayon İcra və Probasiya Şöbəsinin Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondunun xeyrinə 13.811.980,19 manat pul vəsaitinin tutulması məqsədilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş icra sənədinin icraatı istiqamətində tədbirlər davam etdirilmiş, 8 fevral 2019-cu il tarixdə keçirilən məhkəmədə Nazirliyin hüquqşunasının iştirakı təmin edilmişdir.

Muxtar respublikada sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılır. Bu məqsədlə aidiyyəti dövlət orqanları tərəfindən xüsusi fəaliyyət növləri üzrə 341 lisenziya verilmiş, “Qаynаr хətt” vаsitəsilə 425 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, sаhibkаrlаrın prоblеmləri ilə bаğlı sоrğulаrı qаnunvеriciliyə uyğun həll еdilmişdir.

Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin 23 аvqust 2000-ci il tаriхli 104-I nömrəli Fərmаnı ilə təsdiq еdilmiş «Nахçıvаn Muхtаr Rеspublikаsındа Dövlət əmlаkının özəlləşdirilməsinin II Dövlət Prоqrаmı»nı və digər nоrmаtiv-hüquqi аktlаrı rəhbər tutаrаq dövlət əmlakından səmərəli istifadəni təmin etmək məqsədilə 250 dövlət müəssisə və təşkilatından illik xüsusi hesabat forması qəbul edilmiş, 3 halda əsas vəsaitlərin  silgisinə dair müvafiq rəy verilmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən 4 halda əsas vəsaitlərin əvəzsiz olaraq balansdan balansa verilməsi təmin edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının qоrunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi haqqında” 06 iyun 2007-ci il tarixli 586 nömrəli Fərmanına və “Dövlət əmlakının icarəyə verilməsi mexanizminin təkmilləşdirilməsi və icarəyə verilmiş dövlət əmlakından səmərəli istifadə оlunması Qaydaları”na uyğun оlaraq 9 qеyri-yаşаyış və torpaq sаhələri üzrə yeni icarə müqavilələri bağlanmış, 14 qеyri-yаşаyış və tоrpаq sаhələri üzrə icarə müqavilələrinin müddəti növbəti dövrə uzadılmışdır.

Cari ilin fevral ayı ərzində muxtar respublikada dövlət əmlakı olaraq ümumi sahəsi 15.262 kvm olan 5 tikili və torpaq sahəsinin texniki pasportu hazırlanmışdır.

Nахçıvаn Muхtаr Rеspublikаsı Nаzirlər Kаbinеtinin 6 fevral 2019-cu il tarixli 10/S nömrəli sərəncаmınа uyğun оlаrаq 2020-ci il və sonrakı dövrdə özəlləşdirilməsi məqsədilə Nazirliyin sərəncamına verilmiş səhmdar cəmiyyətlər, müəssisə və obyektlər barədə məlumatlar hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, xarici ölkələrdə tanıdılması tədbirləri davam etdirilmiş, bu məqsədlə cari ilin fevral ayı ərzində Bakı şəhərində keçirilmiş “Azərbaycan – Belarus İşgüzar Görüşü”ndə “Cahan Holdinq”  Kommersiya Şirkətlər İttifaqının, “Hilal” ət və ət məhsulları müəssisəsinin və Naxçıvan “Tikiş”АSC-nin  nümayəndələrinin iştirakı təmin edilmişdir.

11-15 fevral 2019-cu il tarixdə Moskva şəhərində keçirilmiş “Prod Expo” Beynəlxalq ərzaq sərgisində Babək “Sirab” ASC-nin və  “Ləzzət Qida Sənaye” MMC-nin nümayəndələri təmsil olunmuş, “Ləzzət Qida Sənaye” MMC tərəfindən istehsal olunan vafli məhsulları “Ən yaxşı məhsul-2019” qızıl mükafata layiq görülmüşdür.

16 fevral 2019-cu il tarixdə Naxçıvan Biznes Mərkəzində “Caspian European Club”una üzv şirkətlərinin nümayəndələri ilə muxtar respublikada fəaliyyət göstərən iş adamları arasında işgüzar görüş təşkil olunmuşdur.

17-21 fevral 2019-cu il tarixlərdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş “Gulfood-2019” Beynəlxalq Qida Sərgisində “Ləzzət Qida Sənaye” MMC-nin  və Babək “Sirab” ASC-nin nümayəndələri iştirak etmiş və vahid ölkə stendi altında müxtəlif çeşiddə “Sirab” mineral suları və vafli məhsullarının sərgisi təşkil edilmişdir.

Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı, ixrac və əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi məqsədilə 27-28 fevral 2019-cu il tarixlərdə İran İslam Respublikasının Maku Azad Ticarət və Sənaye Zonasının rəsmi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Naxçıvan Biznes Mərkəzində görüş keçirilmiş, fikir mübadiləsi aparılmış və nümayəndə heyyətinin istehsal müəssisələri ilə yaxından tanış olmaları təmin edilmişdir.

Ümumilikdə 2019-cu ilin fevral ayında muxtar respublikadan 22 sahibkarlıq subyektinin 25 nəfər nümayəndəsi 4 beynəlxalq tədbirdə iştirakı təmin edilmişdir.

Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə 11-23 fevral 2019-cu il tarixlərdə Nazirliyin bir əməkdaşı isə Yaponiyada keçirilmiş “Kənd təsərrüfatı siyasəti” mövzusundakı təlim proqramında iştirakı təmin olunmuşdur.

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və hümanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 14-15 mart 2019-cu il tarixlərdə Bakı şəhərində keçirilməsi nəzərdə tutulan 13-cü iclasının protokoluna daxil edilməsi üçün Naxçıvan Muxtar Respublikası ilə bağlı təkliflər hazırlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.  Həmçinin Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və hümanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Tehran şəhərində keçirilmiş 12-ci iclasının protokolunun icra vəziyyəti ilə bağlı müvafiq materiallar hazırlanmış və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilmişdir.

Biznes mühitinin yaxşılaşdırılmasına, eləcə də stimullaşdırılması məqsədilə cari ilin fevral ayı ərzində ümumi dəyəri 23 milyon 816 min 668 manat olan 2 layihəyə “İnvestisiya təşviqi sənədi” verilmiş, 5  ixrac əməliyyatı üzrə 2634 manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmişdir.

Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq muxtar respublikada istehsal olunan ixrac yönümlü məhsulların təşviqi məqsədilə ixrac kataloqu hazırlanmışdır.

2019-cu ilin fevral ayı ərzində Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən verilən keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaranmış, ixrac olunan məhsullara 8 hаldа mənşə sеrtifikаtları vеrilmişdir.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, cari ilin fevral ayı ərzində ərzaq məhsulları üzrə 38 mal çeşidini əhatə edən 83 halda səyyar, 136 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir.

Aparılan ekspertizalar və laboratoriya müayinələri 93 halda yerli istehsal məhsullarını, 43 halda isə idxal məhsullarını əhatə edib. 57 halda hüquqi və 79 halda fiziki şəxslər tərəfindən daxil olmuş ərzaq nümunələrinin ekspertiza, laboratoriya və səyyar təhlilləri nəticəsində nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.

İstehlakçıların hüquqlarının qorunması, daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 2019-cu ilin fevral ayı ərzində  62 halda topdan, pərakəndə ticarət, istehsal müəssisəsi və xidmət obyektində qiymət və keyfiyyətə nəzarət tədbirləri həyata keçirilmişdir. “Dövlət müəssisə və təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaitləri hesabına alınan 411 adda tikinti materialları və avadanlıqlarının topdansatış qiymətləri təhlil olunmuş, məhsulların rəqabət qabiliyyətinin artırılması, istehsal xərclərinə qənaət olunması məqsədilə 484 çeşiddə məhsulun kalkulyasiyası hazırlanmış, qabaqlayıcı tədbirlər nəticəsində süni qiymət artımına yol verilməmişdir.

Muxtar respublikada kartof əkini ilə məşğul olan sahibkarların yüksək keyfiyyətli toxumla təchiz edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə birgə yaradılmış işçi qrupu tərəfindən əkin sahələrinin ölçülməsi həyata keçirilmiş, cəmi 56 istehsalçı 759,2 ton toxumluq kartofla təchiz edilmişdir.

16 mart 2019-cu il tarixdən 24 mart 2019-cu il tarixədək “Novruz bayramı” ərəfəsində istеhsalçıların öz məhsullarını bir başa istеhlakçılara çatdırılması məqsədilə Naxçıvan şəhərində və rayon mərkəzlərində kənd təsərrüfatı və sənayе məhsullarının satışı yarmarkalarının təşkil olunması məqsədilə Naxçıvan Biznes Mərkəzində rayon icra hakimiyyətinin nümayəndələrinin iştirakı ilə görüş keçirilmiş, dislokasiya planı hazırlanmışdır.

«Büdcə sistеmi hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnununа müvаfiq оlаrаq Nахçıvаn Muхtаr Rеspublikаsı Nаzirlər Kаbinеtinin 6 fevral 2019-cu il tarixli 10/S nömrəli sərəncаmınа uyğun оlаrаq “2019-cu il və sonrakı üç il üzrə Dövlət İnvestisiya Prоqramı”nın layihəsinin, həmçinin  muxtar respublikanın növbəti büdcə ili və gələn üç il üzrə sоsial-iqtisadi inkişaf kоnsepsiyası və prоqnоz göstəricilərinin hаzırlаnması istiqamətində işlər aparılmışdır.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının təklifləri nəzərə alınmaqla “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqramı”nın layihəsi hazırlanaraq təqdim olunmuşdur.

Cari ilin fevral ayı ərzində Nazirliyin fəaliyyətini əks etdirən  “Şərq Qapısı” qəzetində 5 xəbər materialı və məqalə dərc edilmiş, Naxçıvan Dövlət Teleradiosuna 6 xəbər materialı və müsahibə, “Naxçıvanın Səsi” radiosuna 2 müsahibə verilmiş, “Nuhçıxan” İnformasiya Agentliyində 6 xəbər materialı işıqlandırılmışdır.

“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi Qaydası” üzrə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsinə istiqamətdə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat”, “Dünya İqtisadiyyatı” və “Menecment”, Naxçıvan Universitetinin “İqtisadiyyat”, “Biznesin idarə edilməsi” fakultələrində təhsil alan tələbələrə təsdiq edilmiş 2018-2019-cu təd­ris ili üçün “Tədbirlər Planı”na uyğun olaraq Nazirliyin fəaliyyəti istiqamətlərini əks etdirən 6 mövzu üzrə mühazirələr oxunmuşdur. Tədbirlər planına uyğun olaraq işlər davam etdirilir.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 yanvar 2019-cu il tarixli 320-05/S nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”na əsasən ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılmasına dövlət maliyyə dəstəyinin göstərilməsi istiqamətində bir ailə təsərrüfatına 10 min manat güzəştli şərtlərlə kredit verilmiş, 5 ailə təsərrüfatına 63 min manat həcmində kreditin verilməsi nəzərdə tutulmuşdur.

Ailə təsərrüfatlarında istehsalın təşkil edilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri ilə birgə qabaqcıl ailə təsərrüfatlarında maarifləndirmə tədbirləri aparılaraq kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.

“Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”na müvafiq olaraq və ailə təsərrüfatlarının fəaliyyətinin stimullaşdırılması məqsədilə “Naxçıvan Məhsulları” MMC tərəfindən 13 ailə təsərrüfatından 22.339 manat dəyərində məhsulun satın alınmış, ticarət xidməti obyektlərində ailə təsərrüfatı məhsullarının satışı bölmələri yaradılmışdır.

“2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq muxtar respublikada istehsal edilən arıçılıq məhsullarının, arıçılıq təsərrüfatlarında istifadə olunan avadanlıqların sertifikatlaşdırılması mövzusunda maarifləndirmə tədbirləri həyata keçirilmiş, arıçılığın inkişafı məqsədilə fevral ayında 1 layihənin maliyyələşdirilməsinə 15 min manat vəsait ayrılmışdır.

“2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası istiqamətində kiçik və orta sahibkarlığın inkişafı, həmçinin yeni iş yerlərinin yaradılması məqsədilə Sahibkarlığın İnkişafı Fondu tərəfindən heyvandarlığın, arıçılığın inkişafı yönümlü 3 layihənin maliyyələşdirilməsinə 33 min manat vəsait ayrılmışdır.

“Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində muxtar respublikada xalçaçılıq sənətinin qorunması, yaşadılması istiqamətində cari ilin fevral ayında “Naxçıvan Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin xalq yaradıcılığı emalatxanasında müxtəlif ölçülərdə 4 ədəd xalça toxunmuş və dəyəri 360 manat olan bir ədəd xalçanın satışı həyata keçirilmiş, 8 ədəd xalçanın toxunması davam etdirilmişdir.

Muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, kənd əhalisinin bu sənətə olan marağının artırılması məqsədilə Şərur rayon Cəlilkənddə yerləşən “Buzxana” Kompleksində xalça toxuma sahəsinin fəaliyyəti davam etdirilmişdir.

Xalq yaradıcılığının inkişaf etdirilməsi, sənətkarlarının fəaliyyətinin daha da stimullaşdırılması və əl işlərinin sərgi-satış üçün qəbul edilməsi istiqamətində davamlı iş aparılmışdır. Naxçıvan Biznes Mərkəzində hesabat dövrü ərzində rəsmi görüşlər daxil olmaqla  3 tədbir təşkil edilmişdir.

Nazirliyin tabeliyindəki qurumlarla yanaşı təsisçisi olduğu qurumların fəaliyyəti davamlı olaraq nəzarətdə saxlanılmışdır. Belə ki, 2019-cu ilin fevral ayı ərzində “Araz-3” MMC-də istehsal olunan toyuq əti, alma sirkəsi, unlu qənnadı məmulatları, ailə təsərrüfatlarının cins quşlara olan tələbatının ödənilməsində, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerli, xüsusilə ailə təsərrüfatları məhsullarının alınaraq qablaşdırılmasında, qapalı müəssisələrin davamlı təchizatını həyata keçirilməsində, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə meyvə-tərəvəz məhsullarının tədarükü, daxili bazarın qorunması və süni qiymət artımının qarşısının alınmasında, “Naxçıvan Duz İstehsalı Müəssisəsi”MMC tərəfindən əhalinin və istehsal müəssisələrinin duz məhsullarına olan tələbatının ödənilməsində duz istehsalının təşkili mühüm rol oynamışdır.

 

 

Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat Nаzirliyi tərəfindən 2019-cu ilin yanvar ayı ərzində görülən işlər haqqında

PrintE-mail

2019-cu ilin yanvar ayı ərzində muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülmüş, Şahbuz rayonunun Badamlı qəsəbəsində “Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yeni mineral su istehsalı sahəsi, qaynaq çubuğu, plastik səbət, xalça toxuma, yun və boyaq bitkilərinin tədarükü, heyvandarlıq, süd emalı, arıçılıq təsərrüfatları, istixana, soyuducu anbar və müxtəlif xidmətlər üzrə 16 sahənin yaradılması davam etdirilmişdir.

Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq muxtar respublikamızda onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün güzəştli kreditlərin verilməsi davam etdirilir. Belə ki, 2019-cu ilin yanvar ayı ərzində Fond tərəfindən biri ötən ildən davamı olmaqla meyvə-tərəvəz məhsullarının konservləşdirilməsi, heyvandarlığın inkişafı yönümlü 2 layihənin maliyyələşdirilməsinə 8 min manat vəsait ayrılmışdır.

Muxtar respublikada sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılır. Bu məqsədlə aidiyyəti dövlət orqanları tərəfindən xüsusi fəaliyyət növləri üzrə 233 lisenziya verilmiş, “Qаynаr хətt” vаsitəsilə 1138 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, sаhibkаrlаrın prоblеmləri ilə bаğlı sоrğulаrı qаnunvеriciliyə uyğun həll еdilmişdir.

Aparılan ardıcıl və sistemli iqtisadi islahatların ən mühüm istiqamətlərindən birini dövlət əmlakının qorunması təşkil edir. 2019-cu ilin yanvar ayı ərzində dövlət əmlakından səmərəli istifadəni təmin etmək məqsədilə 2 qeyri-yaşayış sahələri üzrə icarə müqaviləsi bağlanılmış,14 icarə müqaviləsinin vaxtı uzadılmış, 2 halda nəqliyyat vasitəsinin və avadanlıqların silgisi həyata keçirilmişdir. Cari ilin yanvar ayı ərzində muxtar respublikada dövlət əmlakı olaraq 4 tikili və torpaq sahəsinin texniki pasportu hazırlanmışdır.

Muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektlərinin əlaqələrinin inkişaf etdirilməsi, istehsal olunan məhsulların ixrac imkanlarının artırılması, xarici ölkələrdə tanıdılması tədbirləri davam etdirilmiş, bu məqsədlə cari ilin yanvar ayı ərzində Almaniya Federativ Respublikasının paytaxtı Berlində qida, kənd təsərrüfatı və bağçılıq sahəsində ənənəvi “Beynəlxalq Yaşıl Həftə”, İran İslam Respublikasının Şiraz şəhərində “21-ci yeyinti sənayesi və aidiyyəti avadanlıqlar” sərgisi, Məşhəd şəhərində “IV Beynəlxalq çap, təbliğat, paketləmə və karton sənayesi sərgisi”ndə muxtar respublikanın 11 sahibkarlıq subyektinin 12 növdə 36 çeşiddə məhsulun nümayişi həyata keçirilmişdir.

İnvestisiya təşviqi sənədi ölkədə investisiya və biznes mühitinin yaxşılaşdırılmasına, eləcə də stimullaşdırılmasına nail olmaq məqsədi daşıyır. Belə ki, cari ilin yanvar ayı ərzində 3 halda 2 min 634 manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi üçün sənədlər ekspertiza edilərək aidiyyəti üzrə təqdim olunmuşdur.

2019-cu ilin yanvar ayı ərzində Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən verilən keyfiyyət sertifikatları ilə ərzaq məhsullarının maneəsiz şəkildə xarici bazarlara çıxarılmasına şərait yaranmış, ixrac olunan məhsullara 3 hаldа mənşə sеrtifikаtları vеrilmişdir.

“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ərzaq mallarının keyfiyyətinə nəzarət tədbirləri davam etdirilmiş, 2019-ci ilin yanvar ayı ərzində ərzaq məhsulları üzrə 38 mal çeşidini əhatə edən 67 halda səyyar, 153 halda laboratoriya təhlillərinin aparılması təmin edilmişdir.

Aparılan ekspertizalar və laboratoriya müayinələri 109 halda yerli istehsal məhsullarını, 44 halda isə idxal məhsullarını əhatə edib. 80 halda hüquqi və 73 halda fiziki şəxslər tərəfindən daxil olmuş ərzaq nümunələrinin ekspertiza, laboratoriya və səyyar təhlilləri nəticəsində nümunələrin keyfiyyət göstəricilərinin qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilmişdir.

İstehlakçıların hüquqlarının qorunması, daxili bazara nəzarət və keyfiyyətin yüksəldilməsi üçün 2019-cu ilin yanvar ayı ərzində  109 halda topdan, pərakəndə ticarət, istehsal müəssisəsi və xidmət obyektində qiymət və keyfiyyətə nəzarət maarifləndirmə tədbirləri həyata keçirilmişdir. “Dövlət müəssisə və təşkilatları tərəfindən dövlət büdcəsinin vəsaitləri hesabına alınan 3334 adda tikinti materialları və avadanlıqlarının topdansatış qiymətləri təhlil olunmuş, məhsulların rəqabət qabiliyyətinin artırılması, istehsal xərclərinə qənaət olunması məqsədilə 595 çeşiddə məhsulun kalkulyasiyası hazırlanmış, qabaqlayıcı tədbirlər nəticəsində süni qiymət artımına yol verilməmişdir.

Xalq yaradıcılığının inkişaf etdirilməsi, sənətkarlarının fəaliyyətinin daha da stimullaşdırılması və əl işlərinin sərgi-satış üçün qəbul edilməsi istiqamətində davamlı iş aparılıb. Cari ilin yanvar ayında ümumi dəyəri 1303 manat olan 59 adda iş qəbul edilərək satışa çıxarılıb. Bu müddətdə 27 ədəd 212 manat dəyərində əl işlərinin satışı, xalq yaradıcılığı emalatxanasında 4 ədəd xalçanın toxunması,  30  manat dəyərində 2 ədəd xalçanın satışı həyata keçirilmişdir. Naxçıvan Biznes Mərkəzində cari ilin yanvar ayı ərzində 7 halda sahibkarların maarifləndirilməsi istiqamətində tədbirlər təşkil edilmişdir.

Nazirliyin tabeliyindəki qurumlarla yanaşı təsisçisi olduğu qurumların fəaliyyəti davamlı olaraq nəzarətdə saxlanılmışdır. Belə ki, 2019-cu ilin yanvar ayı ərzində “Araz-3” MMC-də istehsal olunan kartof çipsi, alma sirkəsi, unlu qənnadı məmulatları əhalinin bu məhsullara olan tələbatının ödənilməsində, “Naxçıvan Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yerli, xüsusilə ailə təsərrüfatları məhsullarının alınaraq qablaşdırılmasında, qapalı müəssisələrin davamlı təchizatını həyata keçirilməsində, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin stimullaşdırılması məqsədilə meyvə-tərəvəz məhsullarının tədarükü, daxili bazarın qorunması və süni qiymət artımının qarşısının alınmasında mühüm rol oynamışdır.

 

 

 

 
 

Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat Nаzirliyi tərəfindən 2018-ci il ərzində görülən işlər haqqında

PrintE-mail

2018-ci ildə muxtar respublika iqtisadiyyatının davamlı inkişafının təmin edilməsi, yerli resurs və xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrin yaradılması istiqamətində tədbirlər görülmüş, 50 istehsal və xidmət sahəsi istifadəyə verilmiş, 18 layihənin icrası davam etdirilir.

2018-ci ildə muxtar respublikada 383 növdə məhsul istehsal olunmuşdur. 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir ki, bu da yerli istehsalın xüsusi çəkisinin artması hesabına olmuşdur.

2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadi fəaliyyətin müxtəlif sahələri üzrə 26 layihənin maliyyələşdirilməsinə 6 milyon 116 min manatdan çox güzəştli kreditlər ayrılmışdır. Bu kreditlərin 5  milyon 420 min manatı sənayenin, 696 min manatdan çox hissəsi isə kənd təsərrüfatının inkişafına yönəldilmişdir.

Ailə təsərrüfatlarının iqtisadi inkişafdakı rolu nəzərə alınaraq muxtar respublikamızda onların fəaliyyətlərinin stimullaşdırılması, genişləndirilməsi üçün mühüm addımlar atılır, dövlət tərəfindən təsərrüfatçılara hərtərəfli dəstək verilir. 2018-ci ildə muxtar respublikada 14 ailə təsərrüfatına 253 min manatdan çox dövlət maliyyə dəstəyi göstərilmişdir. Ailə təsərrüfatlarının taralarla təchiz olunması məqsədilə taraların satışı mağazası tərəfindən ötən dövr ərzində 210 ailə təsərrüfatı 6 mindən çox müxtəlif ölçülü taralarla təmin edilmişdir.

Sahibkarlıq fəaliyyətinə kənar müdaxilələrin qarşısının alınması, onların hüquqlаrının müdаfiəsi diqqətdə saxlanılmış, 2018-ci ildə 6 sahibkarlıq subyekti “Nəzarət kitabçası” ilə təmin olunmuş,  aidiyyəti dövlət orqanları tərəfindən xüsusi fəaliyyət növləri üzrə 27 lisenziya verilmiş, “Qаynаr хətt” vаsitəsilə 4665 halda sаhibkаrlıq subyеktlərinin araşdırılması və mааrifləndirilməsi istiqamətində işi аpаrılmışdır.

Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam Mədəniyyətinin Paytaxtı” elan olması ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən müşavirədə verilmiş tapşırıqların icrası ilə əlaqədar muxtar respublikada fəaliyyət göstərən 14 müəssisənin istehsal etdiyi 40 çeşiddə 2800 ədəd hədiyyəlik məhsul və sənətkarlar tərəfindən 748 suvenir hazırlanaraq 12 obyektdə satışa çıxarılmışdır.

2018-ci ildə ölkə daxilində və хаricdə keçirilən 29 beynəlxalq tədbirdə, seminar və kurslarda Nazirliyin 9 əməkdaşının və 178 sahibkarın iştirakı, 4 ixrac missiyasında muxtar respublika sahibkarlarının təmsil olunması, 598 çeşiddə məhsulun 6 ölkədə sərgisinin təşkili, ixrac potensialının genişlənməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə şərait yaratmışdır.

2016-cı ildən etibarən investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilir. 2018-ci ildə dəyəri 4 milyon 959 min manat olan 3 layihə üzrə investisiya təşviqi və təsdiqedici sənədi verilmiş, 13 ixrac əməliyyatı üzrə 42 min manatdan çox məbləğdə ixrac təşviqinin ödənilməsi təmin edilmişdir.

 

2018-ci ildə Mərkəzi Qida Sınaq Laboratoriyası tərəfindən 13 halda keyfiyyət və 130 hаldа mənşə sertifikatlarının verilməsi istehsal edilən məhsulların beynəlxalq tələblərə uyğunluğunu təmin etməklə müəssisələrin xarici ölkələrə məhsul ixracını asanlaşdırmışdır.

Son illər ərzində rayon və kəndlərdə  kənd təsərrüfatı təyinatlı istehsal və xidmət sahəsinin yaradılması yerli resurslardan səmərəli istifadəni və məşğulluq səviyyəsinin yüksəldilməsini təmin etmişdir.

Əhalinin payız-qış mövsümündə meyvə-tərəvəz məhsullarına olan tələbatının daha dolğun və keyfiyyətlə ödənilməsini təmin etmək məqsədilə 2018-ci ildə 19 ixtisaslaşdırılmış soyuducu anbara 5419 ton məhsul tədarük olunmuş, istixana təsərrüfatları tərəfindən 471 ton tərəvəz məhsulları bazara təklif edilmişdir. Bu istiqamətdə tədbirlər davam etdirilir.

2018-ci ildə 722 adda 12.905 manat dəyərində əl işi və sənət əsərlərinin sərgisinin təşkil edilməsi, 316 adda 5000 manatdan çox dəyərində əl işlərinin satışının həyata keçirilməsi, Şərur rayonunun Cəlilkənd Buzxana Kompleksində xalq yaradıcılığı emalatxanasının, Yengicə kəndindəki Hamam kompleksində məişət xidməti sahəsinin yaradılması muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafına, sənətkarların fəaliyyətinin stimullaşdırılmasına və iş imkanlarının yaxşılaşdırılmasına şərait yaratmışdır.

 

 

 

 

 

Nахçıvаn Muхtаr Rеspublikаsı İqtisаdiyyat Nаzirliyi tərəfindən 2018-ci ilin noyabr ayı ərzində görülən işlər haqqında

PrintE-mail

2018-ci ilin ötən dövrü ərzində muxtar respublika iqtisadiyyatının davamlı inkişafın təmin edilməsi, yerli məhsulların ixracının dəstəklənməsi və idxaldan asılılığın azaldılması, həmçinin yerli resurs və xammalla işləyən və ixrac qabiliyyətli məhsullar istehsal edən müəssisələrinin yaradılması istiqamətində əməli tədbirlər görülmüşdür. Bu istiqamətdə cari ilin noyabr ayı ərzində sənaye və kənd təsərrüfatı yönümlü 12 istehsal sahəsi yaradılmaqla ümumilikdə 43 müəssisənin yaradılması başa çatdırılmışdır.

İstehlakçıların hüquqlarının qorunması dахili bаzаra nəzarət və keyfiyyətin yüksəldilməsi üçün cari ilin noyabr ayı ərzində 105 halda topdan və pərakəndə ticarə, istehsal müəssisəsi və xidmət obyektində nəzarət tədbirləri həyata keçirilmiş, 11609 manat dəyərində istehlak müddəti bitmiş məhsullar aşkar olunaraq ticarət dövriyyəsindən çıxarılmış, 644 halda yerli və idxal ərzaq məhsullarından nümunələr götürülərək Mərkəzi Qida Sınaq Laboratoriyasında təhlil edilmiş, 8 mənşə sertifikatı verilmişdir.

Sahibkarlığın inkişafına dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsini gücləndirmək, dövlət-sahibkar münasibətlərini daha da təkmilləşdirmək, sahibkarlar tərəfindən edilən müraciətlərin cavablandırılmasında sistemlilik yaratmaq, operativliyə nail olmaq üçün cari ilin noyabr ayı ərzində "Qаynаr хətt” vаsitəsilə 760 sаhibkаrlıq subyеkti ilə mааrifləndirmə istiqаmətində iş аpаrılmış, sahibkarlıq fəaliyyətinə maneələr törədilməsi ilə bağlı sahibkarlıq subyektlərindən daxil olan şikayətlərə mütəmadi olaraq baxılmış, tələb olunduqda yerində araşdırılmış və zəruri olduqda metodiki köməklik göstərilmişdir.

İstеhsаlçılаrın öz məhsullarını birbaşa bazara çıxarmasına köməklik məqsədilə kənd təsərrüfаtı və еmаl sənаyеsi məhsullаrının yarmarkaları təşkil olunmuş və məhsullar 10-25 faiz ucuz qiymətlərlə əhaliyə təklif edilmişdir.

 

Muxtar respublikada ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və iqtisadiyyata investisiya qoyuluşunun təbliği məqsədilə 2018-ci ilin noyabr ayı ərzində Bakı şəhərində Azərbaycan-Slovakiya Biznes Forumu və Türkiyə Respublikasının İstanbul şəhərində XVII MÜSİAD EXPO bexnəlxalq sərgisi keçirilmiş, tədbirlərdə 5 sahibkarlıq subyektinin nümayəndəsinin iştirakı təmin edilmişdir. Qarşılıqlı iqtisadi əlaqələrinin inkişafı, ixrac və əməkdaşlıq imkanları məqsədilə Nazirliyin daxilində 2 ölkənin rəsmi nümayəndə heyəti ilə müxtəlif görüşlər keçirilmiş və fikir mübadilələri aparılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası istiqamətində hamiliyə verilən ixtisaslarda təhsil alan tələbələrə Nazirliyin fəaliyyəti istiqamətlərini əks etdirən 4 mövzu üzrə mühazirələr oxunmuş, bir sıra müəssisələrin istehsal prosesi ilə yaxından tanış olmaları təmin edilmişdir.

Naxçıvan Biznes Mərkəzi tərəfindən muxtar respublikada xalq yaradıcılığı sahələrinin inkişafı, sənətkarların fəaliyyətinin stimullaşdırılması və iş şəraitinin yaxşılaşdırılması  istiqamətində tədbirlər davam etdirilmiş, cari ilin noyabr ayı ərzində 22 adda 910 manat dəyərində əl işi və sənət əsərləri qəbul edilmiş, 38 adda 474 manat dəyərində əl işi satılmışdır.

 
 

Page 1 of 2

Joomla 1.5