Naxçıvanda “Bərəkət Toxumçuluq” kompleksi istifadəyə verilib

Bu gün muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir meliorasiya və irriqasiya sistemləri qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər. Xüsusilə kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən olan toxumçuluğun inkişafı diqqətdə saxlanılır. Hazırda muxtar respublikada toxuma olan tələbatı ödəmək və toxumluq məhsulların istehsalını artırmaq sahəsində ardıcıl tədbirlər görülür, yeni toxumçuluq təsərrüfatları ...

Ətraflı: Naxçıvanda “Bərəkət Toxumçuluq”...

Prezident: Tibbi maska istehsalına başlanılması Azərbaycanın bu sahədə idxaldan asılılığını aradan qaldıracaq

Bu gün ölkəmizdə tibbi maska istehsalı başlayır. Bu, çox əlamətdar hadisədir. Çünki indi dünyanın bir çox ölkələrində tibbi maska çatışmazlığı var, o cümlədən Azərbaycanda və biz bu sahədə daim idxaldan asılı idik. Amma indiki şəraiti nəzərə alaraq qısa müddətdə, cəmi iki həftə ərzində yerli istehsal təşkil edildi. Burada sahibkarların böyük rolu vardır, eyni zamanda, Azərbaycan dövləti də öz maliyyə dəstəyini göstərmişdir. Beləliklə, qısa müddət ərzində yeni müasir istehsalat sahəsi yaradılmışdır və bu, bizə imkan verəcək ki, özümüzü tibbi maskalarla böyük dərəcədə təmin edək.

Ətraflı: Prezident: Tibbi maska istehsalına...

İqtisadiyyat Nazirliyi: Ölkə iqtisadiyyatında baş verən dəyişikliklərlə bağlı müvafiq çevik tədbirlər görülür

Koronavirus (COVID-19) pandemiyasının, eləcə də dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən ölkə iqtisadiyyatında baş verən dəyişikliklər barədə operativ şəkildə məlumatlar toplanaraq təhlil edilir və müvafiq çevik tədbirlər görülür.

Ətraflı: İqtisadiyyat Nazirliyi: Ölkə...

Naxçıvanda əhalinin ərzaq məhsullarına olan təlabatı ödəniləcək

Martın 24-də dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin qarşısına qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ərzaq mağazaları və apteklər istisna olmaqla, muxtar respublika ərazisindəki bütün iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılmış, mağazaların ərzaqla normal təminatına diqqət artırılmış, aid qurumlarla birlikdə ehtiyatların yaradılması istiqamətində işlər aparılmışdır.

Ətraflı: Naxçıvanda əhalinin ərzaq...

Ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlar

Qida Təhlükəsizliyi Agentliyi koronavirus infeksiyasından (COVID-19) qorunmaq üçün ərzaq mağazalarında alış-veriş zamanı istehlakçıların diqqət etməli olduğu məqamlara dair maarifləndirici material yayıb.

Maarifləndirici materialda əhaliyə alış-veriş üçün sıxlığın nisbətən az olduğu saatlara üstünlük vermələri tövsiyə olunub. Həmçinin kassa qarşısında növbədə olarkən digər şəxslərlə arada 2 metr məsafənin saxlanılması məsləhət görülüb.

Ətraflı: Ərzaq mağazalarında alış-veriş zamanı...