Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri H.Əliyev prospektindəki Kitab Evində və rayon mərkəzlərində məktəbli yarmarkası keçirilir.
Naxçıvan şəhərində keçirilən yarmarkada Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, valideynlər və şagirdlər iştirak ediblər.
Keçirilən yarmarkalarda əhaliyə münasib qiymətlərlə məktəbli geyimləri, ayaqqabı və məktəbli ləvazimatları təklif olunur.
Sentyabrın 15-dək davam edəcək məktəbli yarmarkaları hər gün saat 9:00-dan 14:00-dək xidmət göstərəcək.