Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ı ilə bağlı iclas keçirilib.
İqtisadiyyat naziri Tapdıq Əliyevin rəhbərliyi ilə keçirilmiş iclasda İqtisadiyyat Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri iştirak ediblər.
İclasda Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli Sərəncamının və ötən dövr ərzində verilmiş digər tapşırıqların icra vəziyyəti ilə bağlı məsələlər müzakirə olunub, nazir Tapdıq Əliyev tapşırıqların vaxtında və keyfiyyətli icrası üçün müvafiq göstərişlər verib.
İclasda Nazirliyin aidiyyəti qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin avqust ayı ərzində görülən işlərə dair aylıq hesabatları dinlənilib.