Ordubad rayonunun Vənənd kəndində yeni Xidmət Mərkəzi istifadəyə verilib

 Yanvarın 13-də Ordubad rayonunun Vənənd kəndində yeni xidmət mərkəzi istifadəyə verilib. Xidmət mərkəzində gözəllik salonu, bərbərxana, dərzi, ət satışı yeri, ərzaq, sənaye və təsərrüfat malları mağazaları, eləcə də 3 anbar yerləşir. Mağazada ərzaq və sənaye malları ilə yanaşı, kənddəki ailə təsərrüfatlarında istehsal olunan müxtəlif çeşidli məhsullar üçün ayrıca bölmə yaradılıb.Yeni xidmət mərkəzlərinin istifadəyə verilməsi məşğulluğun artırılması ilə yanaşı əhalinin sosial rifah halının yüksəlməsinə və kəndlərdə turizm infrastrukturunun formalaşmasına da təkan verir. 

   Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq  sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və dövlət mülkiyyətində olan xidmət mərkəzləri və su dəyirmanları Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin balansına verilmişdir.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti