Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində maarifləndirici tədbir keçirilib

  

  Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyində “Müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinin təşkili diqqət mərkəzində saxlanılır, qış mövsümü dövründə yaşayış evlərində qaz və elektrik cihazlarından istifadə zamanı təhlükəsizlik qaydalarına əməl olunmalıdır” mövzusunda maarifləndirici tədbir  keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini Anar Əhmədov açaraq keçirilən tədbirin təşkilatların cavabdeh vəzifəli şəxsləri və çalışan işçilər üçün vacib olduğunu qeyd etmiş məişətdə yanğın təhlükəsizliyi məsələsi günün ən aktual mövzusu olduğunu vurğulamışdır.

   Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə işinin təşkili və planlaşdırılması bölməsinin rəisi kapitan Rəcəb Səfərov çıxış edərək iştirakçılara qış mövsümü ərzində yaşayış məntəqələrində məişət qaz cihazlarından istifadə zamanı yanğın təhlükəsizlik qaydalarına əməl olunması və dəm qazından zəhərlənmə hallarının baş vermə səbəbləri haqqında ətraflı məlumat vermişdir.
   Daha sonra dövlət qulluqçusu Əbülfəz Qafarov çıxış edərək fövqəladə hallar zamanı davranış və fəaliyyət qaydaları haqqında məlumat vermişdir.
   Sonda tədbir iştirakçıları tərəfindən verilən suallara aydınlıq gətirilərək cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat nazirinin müavini Anar Əhmədov tədbirə yekun vuraraq yanğın təhlükəsizliyi məsələlərinin daima Nazirliyin əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanıldığını və bu cür maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinin vacibliyini vurğulamışdır.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti