Muxtar respublikada kartof toxumunun satışına başlanılıb

   Muxtar respublikada fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları istehsalçılarının nəzərinə çatdırılır ki, “Naxçıvan Meyvə-Tərəvəz Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən keyfiyyətli toxumluq kartofun satışına başlanılıb.

   Toxumluq kartof  “Santa”“Marabel” növlərindən ibarətdir. Bu toxum növləri muxtar respublikanın iqlim şəraitinə uyğundur və hər il əkini həyata keçirilir. Kartof əkini üçün nəzərdə tutulmuş bu toxum növləri “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin laboratoriyasında ekspertizadan keçirilib və keyfiyyət göstəricilərinin normativ texniki sənədlərin tələblərinə cavab verdiyi müəyyənləşdirilib.

   “Santa” “Marabel” toxumluq kartofunun 1 kiloqramının qiyməti 60-65 qəpik məbləğindədir.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti