Naxçıvanda bayram yarmarkası keçirilir

 

    Qeyd etdiyimiz kimi martın 14-də Novruz bayramı və baharın gəlişi münasibətilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda  bayram yarmarkası təşkil olunmuşdur.

   Yarmarkaya muxtar respublikamızın özəl müəssisələrində istehsal olunmuş sənaye və ərzaq malları, ayrı-ayrı rayonlardan gətirilmiş kənd təsərrüfatı məhsulları çıxarılmışdır. Bugün də məhsul bolluğu və alıcı sıxlığı ilə müşahidə olunan yarmarkada 109 ailə təsərrüfatının və 46 sahibkarlıq subyektinin müxtəlif növ və  çeşiddə məhsulları böyük rəğbətlə qarşılandı. Bayram günlərində əhalinin tələbatını ödəmək və daha ucuz qiymətə məhsulların satışını təşkil etmək məqsədilə keçirilən yarmarkada muxtar respublikanın bütün rayonlarından məhsullar alıcılara təklif edilir və bazar qiymətlərindən orta hesabla 15-20 faiz ucuz satılır. 

  Naxçıvan şəhərindəki mərkəzi bazarda təşkil edilmiş yarmarka martın 20-dək davam edəcək.

Naxçıvan Muxtar Respublikası

İqtisadiyyat Nazirliyinin mətbuat xidməti