Naxçıvan şəhərində ötən il təməli qoyulan “Gənclər Yaşayış Kompleksi”nin tikintisi sürətlə aparılır

     Ötən il dekabrın 29-da Naxçıvan şəhərində yeni "Gənclər şəhərciyi" yaşayış kompleksi istifadəyə verilib. Gənc ailələrin rahatlığını təmin etmək məqsədilə həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Sözügedən şəhərciyin ərazisində yeni yaşayış kompleksinin tikintisi aparılır.

Yeni Kompleks doqquzmərtəbəli olmaqla, 7 binadan ibarət olacaq. Yaşayış binaları 378 mənzilli olacaq ki, onlarda 2, 3 və 4 otaqlı olaraq nəzərdə tutulub. Kompleksdə həyətyanı sahə və istirahət parkı da yaradılacaq.

Ərhan Novruzov