“İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qida məhsullarının beynəlxalq tələblərə uyğun yoxlanılması davam etdirilir

 

   Muxtar respublikada xarici iqtisadi əlaqələrin genişləndirilməsinə böyük diqqət və qayğının göstərilməsi, ixracın stimullaşdırılması sahəsində qəbul edilən qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi istehsal olunan məhsulların ixrac imkanlarının artmasına, iqtisadi əlaqələrimizin genişlənməsinə, məhsullarımızın dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına zəmin yaradıb.

Təsdiq edilmiş dövlət proqramlarının uğurla yekunlaşması və icrasının davam etdirilməsi, eləcə də həyata keçirilən davamlı islahatlar nəticəsində muxtar respublika iqtisadiyyatının möhkəm təməli yaradılıb və sosial-iqtisadi inkişafın dinamikliyi təmin edilib.
Son illər Naxçıvanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar da istehlakçı hüquqlarının qorunmasına, əhalinin tələbatının daha keyfiyyətli məhsullarla ödənilməsinə hərtərəfli şərait yaradıb. 

Yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi sahəsində aparılan dövlət nəzarətinin bir hissəsini də ölkədə istehsal olunan və idxal yolu ilə gətirilən məhsulların orqano­leptik, fiziki-kimyəvi, mikrobioloji və toksikoloji göstəricilərinin yoxlanmasıdır. 
Bu baxımdan Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən “İstehlak Mallarının Ekspertizası Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Mərkəzi qida sınaq laboratoriyası işini günün tələblərinə uyğun şəkildə davam etdirir.